Accessibility links

ABŞ-da 17 yaşlı gənc 11 il müddətinə azadlıqdan məhrum edilib


isis
isis

ABŞ-ın Virciniya ştatında İŞİD-ə maddi dəstək ittihamı ilə nəzarət altına alınan 17 yaşlı gənc 11 il müddətinə azadlıqdan məhrum edilib.

Ədliyyə Nazirliyinin bildirdiyinə görə, Əli Şükrü Amin adlı yeniyetmə sosial media vasitəsi ilə İslam Dövlətinə maliyyə yardımı toplayırdı. Onun həbs müddətindən sonra həyatı boyu internet fəaliyyətlərinə nəzarət ediləcək.

Prokuror Dana Boent bildirib ki, bu cəza İŞİD-də dəstək verənlərin müəyyən edilib cəzalandırılacağı deməkdir.

Amin iyun ayında Tvitter hesabında İslam Dövlətinə maliyyə dəstəyi topladığını və 18 yaşlı Virciniya sakini Reza Niknejadın Suriyada İŞİD sıralarına qoşulmasına yardım etdiyini etiraf edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG