Accessibility links

ABŞ-ın Holocast Memorial Muzeyi İŞİD-ə qarşı ittihamlar irəli sürüb


İslam Dövləti qrupu İraqda azlıqların soyqırımı, bəşəriyyətə qarşı cinayətkarlıq, etnik təmizləmə və müharibə cinayətlərində ittiham edilir. Bu ittihamları ABŞ-ın Holocast Memorial Muzeyi irəli sürüb.

Xristianlar, yəzidilər, türkmənlər, şabaklar, səbain-məndainlər və kakailərə qarşı cinayətlərin Ninenveh vilayətində 2014-cü ilin iyun və avqust ayları arasında törədildiyi bildirilib.

Muzeyin soyqırımlara qarşı mərkəzinin hesabatında deyilir ki, bir çox müsahiblərdən iraqlıların qorxu, məcburi din dəyişmə, zorlama, işgəncə və qətllərə məruz qaldığı məlum olub.

İraqın yarım milyonluq yəzidi əhalisinin çoxu İraq Kürdüstanındakı düşərgələrdə yaşayır.

5000-ə yaxın yəzidi qadın və kişinin 2014-cü ilin yayında ələ keçirildiyi, onlardan 2000-nin qrupun əlindən qaçmağa nail olduğu bildirilir. Qalanları hələ də İslam Dövlətinin nəzarətində saxlanılır.

Soyqırımlara qarşı mərkəzinin hesabatında deyilir ki, İŞİD şiə şabak və türkmənlərə qarşı soyqırımın məsuliyyətini daşıyır.

BMT də İslam Dövlətinin yəzidi azlığının kökünü kəsməyə çalışdığını bildirib.

İŞİD-in ərazilərini ələ keçirdiyi İraq və Suriyanın Beynəlxalq Haaqa Məhkəməsinin üzvü olmadığına görə məhkəmənin istintaq başlatmaq səlahiyyəti yoxdur. Buna yalnız BMT-nin Təhlükəsizlik Şurasının 15 üzvü səlahiyyət verə bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG