Accessibility links

Eşton Karter İraqa elan edilməmiş səfər edib


ABŞ müdafiə naziri Eş Karter İŞİD-a qarşı mübarizədə daha çox dəstək toplamaq üçün regiona səfərinin bir hissəsi olaraq İraqa elan edilməmiş səfər edib.

Karterin kampaniyanın fəaliyyətini qiymətləndirmək və daha nə edilə biləcəyini müzakirə etmək məqsədi ilə İraq liderləri və komandirləri ilə görüşü gözlənilir.

Karter İraqa bu gün Türkiyədən gedib. Burada ABŞ hərbi qüvvələri qarşısında çıxışında Karter məqsədinin İŞİD-a qarşı mübarizəyə daha çox ölkənin qatılması olduğunu bir daha bəyan edib.

Karterin İraq liderləri və komandirlərlə İraqa döyüş vertolyotları və daha çox qoşun da daxil olmaqla ölkəyə daha geniş yardımın göndərilməsini müzakirə edəcəyi gözlənilir.

ABŞ ötən ilin avqust ayından bəri İraq qüvvələrini İŞİD-a qarşı hava hücumları ilə dəstəkləyirdi, lakin ölkəyə quru qoşunlar göndərilməsindən yayınırdı. Bir neçə strateji çəhərlər də daxil olmaqla İŞİD hələ də İraqın şimal və qərb bölgələrində geniş ərazini nəzarət altında saxlamağa davam edir.

XS
SM
MD
LG