Accessibility links

İraqda İŞİD-in izi ilə [Video]


İslam Dövlətinə qarşı son zamanlar həyata keçirilən hücumlar nəticəsində İraq və kürdlərin Peşmərqə qüvvələri kəndləri ələ keçirməsi ilə qrupun son iki ildə bu əraziləri necə tutduğu və necə saxladığına dair təsəvvür yaranıb. Bu kəndlərdən biri İraq Kürdüstanında yerləşən Tarcaladır.

Cəbhə xəttindən təqribən 10 km-lik məsafədə yerləşən kənd Peşmərqə qüvvələri tərəfindən ələ keçirildikdən sonra əsgərlər kənddə baxış keçirib. Onlar yaraqlı qrupun fəaliyyətini dağıntılar və viranəliklərdə axtarıb.

Dükanlarda bomba zavodları təsis edilib, kəndi koalsiya qüvvələrindən gzilətmək üçün neft yandırılıb.

Peşmərqə qüvvələrinin komandiri Tahiq Əziz: “İŞİD yaraqlılarının cəsədləri hələ də burdadır. Onların nə qədərinin öldüyünü bilirik. Amma nə qədərinin qaçdığı bəlli deyil.”

Məscidlər qum torbaları ilə doludur. Yaraqlılar mövqelərini gizlətmək üçün torbaları eşikdə deyil içəridə saxlayıb. Peşmərqə əsəgərləri İŞİD-ın saldığı tunelə də nəzər salıb. Onlar məhz bu yolla çaqmağa nail olub.

Döyüşçülərin dediyinə görə, bütün bu faktlar İŞİD-lə mübarizənin mürəkkəbliyinin göstəricisidir.

Leytenant-polkovnik Osman Əli: “Maşın bombaları və intiharçı hücumları kimi problemlər var. Biz İraq qüvvələri qədər yaxşı silahlanmamışıq. Bizə daha yaxşı və daha çox hərbi sursat lazımdır.”

Peşmərqə son nəfəsə, İŞİD məhv edilməyənədək döyüşlərin davam etdiriləcəyini deyir.

Peşmərqə, İraq ordusu və şiə partizanların yeganə hədəfi İŞİD olsa da, onlar arasında ciddi gərginlik mövcuddur.

Ərazilər İŞİD-dən tam təmizlənsə belə bir çoxları viran edilmiş evləri, bomba təhlükəsi və cəsədlərə görə dogma yerlərinə qayıda bilməyəcək.

XS
SM
MD
LG