Accessibility links

İraq qüvvələri Tikrit şəhərini İslam Dövləti qrupunun döyüşçülərindən geri almaq uğrunda döyüşləri davam etdirir.

ABŞ-ın başçılıq etdiyi koalisiya Suriya və İraqda yaraqlılara qarşı əsasən Kobani və Fəllucədə 13 hava hücumu həyata keçirib.

Pentaqonun sözçüsü polkovnik Stiv Uarren deyib ki, ABŞ və onun müttəfiqləri avqustda hava hücumları kampaniyasına başlayandan bəri təxminən 2800 hava hücumu həyata keçirib.

Amerikanın Səsinin müxbiri Dilşad Ənvər İraqın şimal-şərqində Peşmərgə döyüşçülərinin İslam Dövləti qrupuna qarşı döyüşlərlə yanaşı Kərkük yaxınlığında güclü hava hücumlarının baş verdiyinin şahidi olduğunu bildirib.

ABŞ müdafiə nazirliyinin rəsmiləri bildirib ki, ötən gün sözü gedən ərazidə müttəfiqlər iki hava hücumu həyata keçirib.

XS
SM
MD
LG