Accessibility links

İslam Dövlətinin maliyyə mənbələri müəyyən edilib


Terrorizmin maliyyələşdirilməsini tədqiq edən Fransa qrupunun yeni hesabatında deyilir ki, İslam Dövləti ekstremist qrupunun yaraqlıları yeni əraziləri zəbt etmədikdə onların maliyyə mənbəyi azalır.

Maliyyə tədbirləri üzrə işçi qrupu İraq və Suriyada geniş əraziyə nəzarət edən İslam Dövləti qrupunun hazırkı maliyyə axınının qarşısını almaq üçün qlobal səviyyədə səylərin artırılmalı olduğunu bildirib.

Sünni müsəlman ekstremist qrup gəlirinin əksər hissəsini zəbt etdiyi yeni ərazilərdə cinayətkarlıqla əldə edir.

Qrup öz qəddar əməllərini neft obyektlərini ələ keçirmək, banklar və fermerləri soymaq, insan oğurlayaraq pul tələb etmək və xariciləri ianələr verməyə cəlb etməklə maliyyələşdirir.

XS
SM
MD
LG