Accessibility links

İraq qoşunları Mosulda ehtiyatla irəliləyir


İraq qoşunları Mosulun ətraf məhəlləsində ehtiyatla irəliləyir. Əsgərlər İŞİD yaraqlılarının tələ bombalar, qəfil pusqular və snayper hücumlarından özlərini qorumağa çalışır.

İŞİD liderləri yaraqlıları İraqda zəbt etdikləri sonuncu böyük şəhərdə qalmaqda və İraq ordusuna müqavimət göstərməkdə davam etməyə çağırıb.

İŞİD-ə simpatiyası ilə tanınan bəzi qonşuluqlarda qisaçılığın start götürəcəyinə, İŞİD-in zülmü altında inləmiş bəzi sakinlərin intiqam alacaqlarına dair qorxular artır.

İŞİD-in iki ildən çox bir müddət zəbt etdiyi Mosul şəhərinin geri alınması uğrunda müharibə yüzlərlə ailənin şəhərin şərqində qurulmuş düşərgələrə köçməsinə səbəb olub.

İraq rəsmilərinin hesabatına görə, bir milyondan çox mülkü vətəndaş hələ də şəhərdə qalmaqdadır. Onların təhlükəsizliyi üçün qorxular artmaqdadır.

İŞİD döyüşçüləri şəhər sakinlərinə qarışımağa çalışır. Buna görə də İŞİD qoşunları ucqar kəndlərdən köç etdikcə, bəzi ailələri də girov kimi özləri ilə aparır.

Şərqi Qoqcali qəsəbəsəinin sakinləri İŞİD-dən azad edilmələrini bayram edirlər. Eyni zamanda İŞİD-ə simpatiyası ilə tanınan bəzi qonşuluqlarda qisaçılığın start götürəcəyinə, İŞİD-in zülmü altında inləmiş bəzi sakinlərin intiqam alacaqlarına dair qorxular artır.

İŞİD işğal etdiyi ərazilərdə bəzi sakinləri öz əməllərinə şərik olmağa məcbur edib.
İŞİD işğal etdiyi ərazilərdə bəzi sakinləri öz əməllərinə şərik olmağa məcbur edib.

Keçmişdə İŞİD-dən azad olunmuş ərazilərdə militant qrupla təmasları olduğu şübhələnilən oğlan və kişilərə qarşı qisas aktları baş verib.

İrqa Ordusu güman edir ki, militantlar Fərat çayını keçən körpüləri partlatmağa cəhd göstərəcəklər. Ən ağır döyüşlərin İŞİD-çilərin istehkamlandıqları Mosulun qərbində baş verəcəyi ehtimal olunur.

XS
SM
MD
LG