Accessibility links

İslam Dövlətinə qarşı ABŞ-NATO tərəfdaşlığı [Video]


İslam Dövlətinə qarşı ABŞ-NATO tərəfdaşlığı
please wait

No media source currently available

0:00 0:02:14 0:00

İslam Dövlətinin İraq və Suriyadakı irəliləyişləri beynəlxalq ictimaiyyətin müqavimət çağırışlarını gücləndirib. ABŞ prezidenti Barak Obamanın NATO-nun baş katibi Cens Stoltenberqlə Ağ Ev müzakirələri zamanı İslam Dövlətinə qarşı mübarizə məsələsi gündəmə gətirilib.

Prezident Obama Amerikanın digər ölkələrlə tərəfdaşlığına hədə törədən İslam Dövləti və digər terror təhdidləri ilə mübarizənin davam etdiriləcəyini deyib.

" Biz NATO ilə bərabər tərəfdaşlığımızın əks-terrorizmi hədəf alması, İslam Dövlətinə qarşı effektiv mübarizə üçün yaxından iş aparırıq. Belə ki, NATO-ya üzv 28 ölkənin hamısı İraq hökumətinin qrupla mübarizəsinə dəstək verir."

Prezident Obama ilə görüşdən sonra NATO-nun baş katibi alyansın Yaxın Şərq və Şimali Afrikadan gələn bütün təhdidlərə müqavimət göstəyə hazır olduğunu deyib.

"Biz hazırlığımızı artırır, yüksək hazırlıqlı birgə qüvvələr yaradır, vəziyyətə uyğunlaşmağa çalışırıq. Avropalı müttəfiqlər qüvvələrin yaradılmasında aparıcı rol oynayır. Biz bundan əlavə Amerikanın böyük dəstəyini və yardımını əldə etmişik."

Ağ Ev görüşü Britaniyanın Müdafiə Nazirliyinin təyyarələrinin İraqda İslam Dövlətinə reyd keçirdiyini nümayiş etdrən videonu yayıldığı vaxta təsadüf edib.

Amerika İraq ordusuna məsləhətlər və bəzi hərbi təchizat yardımlarını davam etdirir. Lakin hökumətin yerli yaraqlı qrupların da yardımına ehtiyacı var.

Təhlilçi Duqlas Ollivant Əl Hürrə televiziyasına bildirib ki, vəziyyət sevindirici deyil.

"Arzu edərdim ki, İraq hökumətinin komandanlığı altında qüvvələr fəaliyyət göstəsin. Elə bir qüvvə ki, Ramadini yenidən ələ keçirən İslam Dövlətinə üstün gələ bilsin."

ABŞ İraq hökumətini təriqətlərarası münaqişənin qızışmasına yol aça biləcək heç bir addıma yol verməməyə çağırır.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG