Accessibility links

ABŞ-da üç xarici vətəndaş terrorçuluq ittihamı ilə həbs edilib


Nyu-Yorkda yaşayan üç xarici ölkə vətəndaşı Suriyada İslam Dövləti qrupuna dəstək verməkdə təqsirli bilinərək həbs edilib.

ABŞ rəsmiləri şübhəlilərin prezident Barak Obama, polis və Federal Təhqiqat Bürosunun agentlərini öldürməyi planlaşdırdıqlarını da ehtimal edir.

Yaşıl və boz sviterlər geyinmiş şübhəli şəxslər dünən Nyu-Yorkda hakim qarşısına çıxarılıb. 19 yaşlı qazaxıstanlı şəxs Nyu-Yorkun Kennedi hava limanında İstanbula uçan təyyarəyə minərkən həbs edilib.

24 yaşlı özbəkistanlı Əbdülrəsul Həsənoviç Juraboyev gələn ay İstanbula səyahət etmək üçün bilet almışdı.

İki nəfəri təşkilatlandırdığı və maliyyələşdirdiyi ehtimal edilən üçüncü şəxs isə Florida ştatının Ceksonvill şəhərində Federal Təhqiqat Bürosunun agentləri tərəfindən həbs edilib. Onlardan birinin vəkili Nyu-York məhkəmə binası qarşısında hökumətin irqçiliyə meyl göstərən müsəlmanlara qarşı yanaşma tərzini tənqid edib.

Prezidentin İŞİD qrupuna qarşı qlobal mübarizə üzrə elçisi Konqres komitəsinə bildirib ki, terrorçuluğa qarşı mübarizədə fəal olmaq vacibdir.

Həbs edilənlərin hər biri terrorçu təşkilata maddi yardım göstərməkdə ittiham edilir. Sübut edilərsə, onlar 15 il müddətinə azadlıqdan məhrum edilə bilər.

Qərb rəsmiləri ötən 3 il ərzində təxminən 20 min xarici vətəndaşın İraq və Suriyada döyüşən yaraqlı qruplara qoşulduğu ehtimal edir.

Bu həftə Britaniya polisi bildirib ki, Londonda üç yeniyetmə qız İslam Dövləti yaraqlılarına qoşulmaq üçün Türkiyədən Suriya sərhədini keçdikləri ehtimal edilir.

XS
SM
MD
LG