Accessibility links

Suriyanın vətəndaş müharibəsinə son qoyula bilərmi? [Təhlil]


ABŞ və Rusiyanın vasitəçiliyi ilə Suriyada atəşkəs Amerika və koalisiya qüvvələri, habelə Rusiya və Suriya rejiminin diqqətlərini İŞİD-lə mübarizəyə yönəltməlidir.

Təhlilçilər bunun atəşkəsin həyata tətbiqindən asılı olacağını bildirir. Hərbi birləşmələrin mübarizəni bərabər aparacaqları istisna edilsə də, bəzi əməkdaşlıqlar mümkün sayılır.

“Atəşkəs Rusiya və Amerikaya İŞİD-ə qarşı ayrı-ayrı müharibələrdə daha yaxşı koordinasiyaya imkan yaradacaq”-deyə İraqın İbdil şəhərinin Səlahəddin Universitetinin professoru Radvan Badini bildirib.

Onun dediyinə görə, Suriya münaqişəsi tərəflərini birləşdirən yeganə faktor İŞİD-lə mübarizədir.

Karneqi Sülh Fondunun Yaxın Şərq üzrə təhlilçisi Aron Lundun dediyinə görə, bundan əvvəlki atəşkəslərə riayət edilmədiyinə görə indi bu razılığa skeptik yanaşılır. Lakin o, atəşkəsin prezident Əsədə dəstək verən bəzi qüvvələri müzakirələrə cəlb edə biləcəyini düşünür.

Suriya münaqişəsi tərəflərini birləşdirən yeganə faktor İŞİD-lə mübarizədir

Atəşkəs rəsmən bazar ertəsi günü qüvvəyə minib. Rusiya terrorçuların nəzarətində olan bölgələrdən əlavə bütün hücumlarını dayandırdığını bəyan edib.

Razılaşmaya əsasən Hələb ərazisinə humanitar yardım, ərzaq və tibbi ləvazimatların çatdırılması nəzərdə tutulur.

Əgər atəşkəs bir həftə davam etsə, Birləşmiş Ştatlar və Rusiya birgə İslam Dövləti qrupuna və əl-Nüşra cəbhəsinə qarşı hərbi əməliyyatlar planlaşdırır.

Hökumət qüvvələri İŞİD-in nəzarətində olan neftlə zəngin Deir Ezzor uğrunda mübarizə aparır. Həmin bölgəyə əlavə qüvvələr yerləşdirilə bilər.

Türkiyənin dəstəklədiyi rəqib döyüşçülər və Amerikanın dəstəklədiyi kürd qüvvələrinin İŞİD-i məğlub etməsi ilə qrup yeni bölgələri ələ keçirməyə çalışır.

İŞİD ötən həftədən bəri Dəməşq yaxınlığındakı ərazilər uğrunda müqavimətini artırıb. Qalamun dağlıq bölgəsi həm rəqib, həm də hökumət qüvvələri üçün strateji əhəmiyyət kəsb edir.

İŞİD yaraqlıları
İŞİD yaraqlıları

Təhlilçi Aron Lundun Amerikanın Səsinə bildirdiyinə görə, atəşkəsə riayət edilsə, daha artıq rəqib döyüşçü Hələbdə İslam Dövləti ilə mübarizəyə qoşula bilər.

ABŞ və Türkiyə rəsmiləri bu yaxınlarda İŞİD-in paytaxt elan etdiyi Rəqqa şəhərinin azad edilməsi məsələsini müzakirə edib.

“Hazırda İŞİD həm Suriya hökuməti, həm də rəqib döyüşçülərə hədədir”-deyə Səlahəddin Universitetinin professoru Radvan Badini bildirib.

Təhliçilər İŞİD-in məhvi təqdirində Suriyanın mürəkkəb vətəndaş müharibəsinə son qoyula bilməsi ehtimalını irəli sürür.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG