Accessibility links

İŞİD-ə 48 saatlıq möhlət


ABŞ-ın dəstəklədiyi qüvvələr Suriyada İslam Dövləti qrupu yaraqlılarının Manbij şəhərindən çıxmasına 48 saat vaxt qoyub.

Bu şəhər Türkiyə sərhədi yaxınlığında yerləşir.

Manbijin hərbi şurası mülki sakinlər arasında itkilərə yol verilməməsinə çalışır.

Şura kürdlərin rəhbərlik etdiyi “Suriyanın Demokratik Qüvvələri” qrupunun tərkib hissəsidir.

Şur, bunun yaraqlılar üçün sonuncu şans olduğunu bəyan edib.

Məlumatlara görə şəhərdə 10 minlərlə dinc sakin var.

Bu şəhər “İslam Dövləti” qrupunun əsas dayaq məntəqəsi olan Raqqaya gedən yolun üstündə yerləşir.

“Suriyanın Demokratik Qüvvələri”, ABŞ-ın rəhbərlik etdiyi hərbi koalisiyanın dəstəyi ilə şəhəri mühasirəyə alıb.

Amma dinc sakinlər itkilərdən qaçmaq üçün hələ də gözləmə mövqeyindədir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG