Accessibility links

FBI direktoru: "İslam Dövləti qrupu Əl-Qaidədən daha təhlükəlidir"


Poland US Holocaust
Poland US Holocaust

Federal Təhqiqat Bürosunun (FBI) direktoru Ceyms Komey deyib ki, İslam Dövlətinin internetdə amerikalıları qrupa cəlbetmə səyləri ABŞ üçün Əl-Qaidədən daha çox təhlükəlidir.

Dünən axşam Kolorado ştatında illik Aspen Təhlükəsizlik Forumunda çıxış edən Komey ekstremist qrupun sosial media kampaniyasını intensivləşdirəcəyi barədə xəbərdarlıq edib.

O deyib ki, Əl-Qaidənin döyüşçülərini seçməkdə ehtiyatlı olmasından fərqli olaraq, İslam Dövləti qrupu özlərini idarə edə bilməyən və narkotik maddədən istifadə edən insanları belə sıralarına alır.

Komey deyib ki, İslam Dövləti ilə əlaqədar Tvitter hesabların 21 min ingilis dilli izləyicisi var və onların yüz və ya minlərlə izləyicisi ABŞ-dadır.

O deyib ki, Federal Təhqiqat Bürosunda radikallaşma və terror hücumu həyata keçirmə ehtimalı olan və amerikalıların iştirak edə biləcəyi yüzlərlə açıq təhqiqat halları mövcuddur.

Komey ötən həftə Tennessi ştatında beş hərbçini öldürən Məhəmməd Əbdüləzizi əvvəllər izləmədiklərini təsdiqləyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG