Accessibility links

Parisdə terror hücumu edənlərin İraq və Suriyada məhbusların başını kəsdikləri video yayılıb


İŞİD qrupu Parisdə terror hücumları həyata keçirən doqquz yaraqlının İraq və Suriyada məhbusların başını kəsdikləri video yayıb.

Videoda noyabr hücumundan görüntülər də nümayiş etdirilir. Bu görüntülərdə hücumçular Fransanı diz çökdürən aslanlar adlandırılıb. Yaraqlıların doqquzu da hücum zamanı və ya bir qədər sonra polis reydi zamanı öldürülüb.

Əsasən Belçika və Fransadan olan ekstremistlər partlayıcı qurğu və silahlardan istifadə edərək 130 nəfəri öldürüb.

Videoda digər görüntüdə Britaniyanın baş naziri Deyvid Kameronun şəkli nümayiş etdirilib və “kafirlər bizim qılıncımızın hədəfi olacaq” sözləri yazılıb.

Britaniya İŞİD-ın mövqelərini hədəf alan ABŞ-ın başçılıq etdiyi koalisiyaya daxildir. Britaniya qüvvələri əvvəl yalnız İraq ərazisinə hava hücumu həyata keçirirdi. Lakin ötən aydan başlayaraq Suriyaya da bomba atmağa başlayıb.

XS
SM
MD
LG