Accessibility links

ABŞ-da mühacirət islahatları (VİDEO)


ABŞ-da mühacirət islahatları
please wait

No media source currently available

0:00 0:03:13 0:00

ABŞ prezidenti ölkənin yararsız mühacirət sisteminin yaratdığl humanitar böhranın həllinə çağırıb. Amerikanın cənub-qərb sərhədlərində mühacir uşaqların axını ciddi problem yaradıb.Barak Obama respublikaçı qanunvericiləri islahatlara mane olmaqda ittiham edib. Prezident sərhədlərin müdafiəsi naminə icra səlahiyyətlərinə əl atacağını bildirib.

ABŞ sərhədlərinə hər gün deportasiya edilmədən ölkəyə daxil olmaq ümidi ilə müşayiətsiz yüzlərlə uşaq axışır. Bu isə mühacirət islahatları məsələsinı bir daha diqqətləri yönəldib. "Problem bizim sistemin yarasızlığında, qeyri-müəyyənliyindədir.Bu uşaqlar qanunların necə işlədiyini başa düşə bilmir. "

Prezident Obama qaçaqmalçılar və digər təhlükəli cinayətkarların sərhədlərdəki anlaşılmazlıqdan sui-istifadə etdiyini bildirib. O, qeyri-qanuni mühacirlər və şirkətlərin sənədsiz insanlardan istifadə edərək, ABŞ iqtisadiyyatına zərər vurduğunu bildirib.

ABŞ dövlət başçısı Nümayəndələr Palatasının respublikaçı üzvlərini islahatlara dair qanun layihəsinin təsdiqinə mane olmaqda günahlandırıb. Qanun qeyri-qanuni mühacirlərin leqallaması və iqtisadiyyatın müdafiəsini nəzərədə tutur. Prezident Obama vəziyyətin onun təkbaşına əmələ keçməsinə vadar etdiyini deyib."İlk addım kimi daxili təhlükəsizlik naziri və baş prokurora imkan daxilində bütün resursların daxildən sərhədə yönəldilməsi üçün müraciət edirəm. İctimai asayişin müdafiəsi, kriminalların deportasiyası bizim prioritet olub və olaraq da qalacaq. Bunun üçün hədəflərimizi dəyişməli, sərhədlərimizin təhlükəsizliyini təmin etməliyik."

Oktyabr ayında Texas sərhədlərinə 52 min uşaq toplaşmışdı. Amerikalıların bəziləri Qvatemala, Honduras və Salvadordan gələn bu uşaqlara görə administarsiyanı günahlandırır. Texas ştatının baş prokuroru Qreq Abbott:

"Mərkəzi Amerikadan Texasa üz tutan uşaqların üzləşdiyi risk prezidentin siyasətinin nəticəsidir."

Administrasiya isə yaranmış vəziyyətə görə sabiq prezident Con Buşun hakimiyyəti dövründə uşaqların dərhal evlərinə qaytarılmamalarına dair qəbul edilən qanunu günahlandırır. Prezident Obama isə qanunun dəyişdirilməsinə çalışır və Konqresdən böhranın həlli üçün 2 milyard dollar ayrılmasını tələb edir.

Arizona sərhədlərinə səfər edən daxili təhlükəslik naziri Ceh Conson Amerika hökumətlərindən bu qanunun tətbiq edilməməsini istəyib. "Mən demək istəyirəm ki, Meksika və ya Cənubi Amerika kimi uşaqları minlərlə kilomertlik məsafələrə göndərmək təhlükəsiz deyil. Əgər bir valideyn kimi bunu etmək istəyirsinizsə, uşaqlarınızın müdafiə edilməyəcəyini də bilməlisiniz. Əhatəli mühacirət qanunları olmadığına görə sizing uşaqlar üçün vətəndaşlıq imkanı da yoxdur."

Prezident Obamanın dediyinə görə, onun əl atacacağı ölçülər sərhədləri möhkəmləndirəcək.Lakin Konqresin fəaliyyəti olmadan qanusuz mühacirət problemini həll etmək mümkün olmayacaq.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG