Accessibility links

İslam Dövləti 19 xristianı sərbəst buraxıb


Suriya İnsan Haqlarını Müşahidə qrupu bildirir ki, İslam Dövləti yaraqlılarının girov götürdüyü 19 Assuriya xristianı sərbəst buraxılıb.

Böyük Britaniyada qərargahlanan və Suriyadakı mənbələrdən məlumatlar toplayan qrupun bildirdiyinə görə, Tal Quran kəndinin əsir götürülən sakinlərindən bəziləri azad edilib.

Yerli silahlı qruplar bildirir ki, İslam Dövləti yaraqlıları keçən həftə Xabur çayı boyu kəndlərə hücum edərək 150-dən çox insanı girov götürüb. Bu kəndlərin əksəriyyəti xristian əhalinin məskunlaşdığı kəndlər olub.

Bu gün habelə Hələbdə üsyançı qüvvələr BMT-nin Suriyada daxili münaqişəyə son qoymaq məqsədi daşıyan sülh planını rədd edərək bildirib ki, plan rejimin kimyəvi silahlarının hədəfi olmuş əhalinin humanitar böhranını həll etmək iqitdarında deyil.

XS
SM
MD
LG