Accessibility links

İŞİD-ın "Qiyamət Günü" nəzəriyyəsi [Təhlil]


Zorakı ekstremizm və İslam radikalizmi məsələləri üzrə amerikalı ekspert Vilyam Makkants hesab edir ki, diqqəti dövlət yaratmağa yönəltmək, qorxudan güc əldə etmək üçün vasitə kimi istifadə etmək və apokaliptik dünyagörüşüna malik olmaq İslam Dövləti qrupunun ilk müydana gəldiyi vaxt süqutundan sonra yenidən güclənməsinin əsas səbəbləridir.

Vilyam Makkants Brukinqs institutunda ABŞ-ın Müsəlman dünyası ilə münasibətləri layihəsinin direktorudur. Onun yeni kitabı "İŞİD-ın Apokalipsisi: İslam Dövlətinin tarixi, strategiyasə və dünyanın axırına dair görüşləri" adlanır. Kitab 2006-cı ildə İslam Dövləti qrupunun yaranması və ABŞ hərbi qüvvələrinin 2011-ci ildə İraqdan çıxmasından sonra qrupun yenidən meydana çıxması məsələləri araşdırılır.

"İslam Dövləti bütün tərəflərdə özünə düşmənlər qazanır və idarə etmək istədiyi insanların çoxu ona nifrət bəsləyir. Lakin bu, "İslam Dövləti"nin strategiyalarından biridir. Onlar dost qazanmağa çalışmır, onlar inanır ki, qəddarlıq və qorxu əhalini ram və tabe etməyin ən yaxşı yoludur." Vilyam Makkants

Vilyam Makkants deyir ki, qrupun İraqda Əl-Qaidə təşkilatından "İslam Dövləti"nə transformasiya dövrü onun təşkilatçıları həqiqətən də dünyanın sonunun gəlib çatdığına inanırdı. Lakin müəllifin sözlərinə görə, bunu yeni rəhbərlik demək çətindir.

"Onların apokaliptik üslubu peyğəmbərlik ideyasına uyğun olaraq Xillafətin təsis edilməsi və dövlət yaradılması dövrü ilə müqayisədə hazırda Peyğəmbərin gəlişi məsələsinə yönəlməyib. Onlar ictimai təbliğat aparanda da peyğəmbərlik missiyasının yerinə yetirlməsinin şərti kimi xilafətin Yer üzündə Allahın Krallığı olaraq təsis edilməsi məsələsini vurğulayır və gənc müsəlmanları onun uğrunda döyüşməyə təşviq edirlər."
"İslam dövləti bilərəkdən müsəlmanlar arasında kimlik böhranı məsələsini qaldırır, xüsusilə də Qərbdə yaşayan müsəlmanlar arasında. Təşkilat qəddar əməllər törədir və bu əməllərə İslam kəlamı ilə bəraət qazandırır."Vilyam Makkants

Vilyam Makkantsın fikrinə görə Əl-Qaidə İslam Dövləti deyil, dünyada müsəlmanların populyarlığı məsələsinə diqqət verirdi.

"İslam Dövləti bütün tərəflərdə özünə düşmənlər qazanır və idarə etmək istədiyi insanların çoxu ona nifrət bəsləyir. Lakin bu, "İslam Dövləti"nin strategiyalarından biridir. Onlar dost qazanmağa çalışmır, onlar inanır ki, qəddarlıq və qorxu əhalini ram etməyin və onları tabe etməyin ən yaxşı yoludur."

Xarici döyüşçülər

Xarici döyüşçüləri təşkilata qoşulmağa nə cəlb edir?

Suriyada 2011-ci ildə münaqişə başlayandan 20 indən çox döyüşçü ölkəyə gəlib. Bunların 3 min 400 nəfəri Qərb ölkələrindəndir. ABŞ kəşfiyyat idarələrinin Dünyada Təhlükələrin Dəyərləndirilməsi adlı hesabatına əsasən Suriyada dünyanın 90-dan çox ölkəsindən xarici döyüşçü gəlib.

Vilyam Makkants deyir ki, yaşı 35-dən az olan bu sayda adamın təşkilata qoşulmasını nəzərə alaraq, xarici döyüşçülərin buraya cəlb ounmasının səbəbləri dərin əks-mədəni elementlə izah edilə bilər.

"Birləşmiş Ştatların müdaxiləsi olmadan İslam Dövləti də olmazdı. Bu, təşkilatın formalaşması üçün imkan yaratdı. Və sonrakı zorakılıqlraı təşkilatın möhkəmlənməsi və fəaliyyət göstərməsinə imkan verdi."Vilyam Makkants

"İslam dövləti bilərəkdən müsəlmanlar arasında kimlik böhranı məsələsini qaldırır, xüsusilə də Qərbdə yaşayan müsəlmanlar arasında. Təşkilat qəddar əməllər törədir və bu əməllərə İslam kəlamı ilə bəraət qazandırır. Beləliklə də gənclər bununla qarşılaşanda sual verməli olurlar ki "həqiqətənmi bu mənim dinimi təmsil edir, yoxsa bu, bütün sərhədlərdən kənara çıxır?". Çox vaxt onların "İslam Dövləti"nin iqtibas gətirdiyi bu kəlamlardan heç xəbəri belə olmur. Bu isə gənclərin çoxu üçün dərketmənin başlanğıcı olur."

ABŞ İŞİD-in güclənməsinə imkan veribmi?

Makkanst deyir ki, həm 2003-cü ildə İraqa müdaxilə, həm də 2011-ci ildən hərbi qüvvələrin İraqdan çıxarılması qrupun güclənməsinə təkan verib.

"İkinci dəfə Birləşmiş Ştatlar səfirliyin kiçik hissəsinin saxlanmasından başqa, İraqdan bütün hərbi qüvvələri çıxarmaqla təşkilatın güclənməsinə şərait yaratdı. Bundan sonra "İslam Dövləti"nə qarşı əks-terror qüvvələri artıq yox idi." Vilyam Makkants

"Birləşmiş Ştatların müdaxiləsi olmadan İslam Dövləti də olmazdı. Bu, təşkilatın formalaşması üçün imkan yaratdı. Və sonrakı zorakılıqlraı təşkilatın möhkəmlənməsi və fəaliyyət göstərməsinə imkan verdi. İkinci dəfə Birləşmiş Ştatlar səfirliyin kiçik hissəsinin saxlanmasından başqa, İraqdan bütün hərbi qüvvələri çıxarmaqla təşkilatın güclənməsinə şərait yaratdı. Bundan sonra "İslam Dövləti"nə qarşı əks-terror qüvvələri artıq yox idi."

Lakin Makkants əlavə edir ki, Birləşmiş Ştatların təşkilatın güclənməsinə üçüncü dəfə imkan verə bilməsini də mümkündür. Bu, Suriyada münaqişənin ilkin mərhələsində Əsəd hakimiyyətinə qarşı böyük, mötədil müxalifətin yaradılmasına böyük səy göstərməmək ola bilər.

"Fikrimcə, "İslam Dövləti" hərcmərclik olan hər yerdə güclənir. Hərcmərclik olan yerdə Amerikanın mövcudluğunun olmaması "İslam Dövləti"nin güclənməsinə gətirib çıxarır."

Qarşıda nə ola bilər?

"Bu, indi yalnız Birləşmiş Ştatlat üçün başlıca prioritet məsələdir və nə qədər ki bu, region hökumətləri üçün prioritet məsələ deyil, biz xaricdən yalnız məhdud şeylər edə bilərik." Vilyam Makkants

Vilyam Makkantsın sözlərinə görə, hazırda problem ondan ibarətdir ki, təşklatın yox edilməsi region ölkələrinin çoxu üçün prioritet məsələ deyil.
"Bu, indi yalnız Birləşmiş Ştatlat üçün başlıca prioritet məsələdir və nə qədər ki bu, region hökumətləri üçün prioritet məsələ deyil, biz xaricdən yalnız məhdud şeylər edə bilərik."

Lakin Müharibə Tədqiqatları institutunun prezidenti Kimberli Kaqan deyir ki, ABŞ çox iş görə bilər. O, Senatın Xarici Əlaqələr Komitəsi qarşısında çıxışında deyib: "Birləşmiş Ştatlar hərbi güclə yanaşı, diplomatik yoldan istifadə etməli, ölkənin bütün gücündən istifadə edərək İŞİD-in qabiliyyətini aradan qaldırmaldır, çünki bu, apokaliptik bir düşməndir və özü dağılmayacaq."

XS
SM
MD
LG