Accessibility links

İŞİD girov götürdüyü assuriya xristianlarını azad edib


İŞİD tərəfindən azad edilmiş assuiya xristianları arasında olan yaşlı qadın

İŞİD tərəfindən azad edilmiş assuiya xristianları arasında olan yaşlı qadın

İnsan haqları qruplarının bildirdiyinə görə, İslam Dövləti qrupu fevral ayında Suriyanın şimal-şərq bölgəsində girov götürdüyü 200 girov arasında olan 37 yaşlı assur xristianlarını azad edib.

Qərargahı Britaniyada yerləşən Suriyada İnsan Haqlarının Monitorinqi qrupunun bildirdiyinə görə, onların azad edilməsi ərəb qəbilələrinin ağsaqqalları vasitəçiliyi ilə baş tutub.

Assuriya İnsan Haqları Şəbəkəsi girovların Tel Tamer şəhərinə qayıtdığını və onların səhhətinin yaxşı durumda olduğunu bildirib. Şəbəkə azad edilmiş şəxslərin foto-şəkillərini paylatıb.

Sərt xətt sünni müsəlman yaraqlılar indiyə kimi girov götürülmüş 88 nəfəri azad edib. Qalan 124 girovun azad edilməsi üçün danışıqlar davam etdririlir.

Girovlar Suriya kürdlərinin YPG qrupu ilə döyüşlər zamanı ələ keçirilmişdi. İslam Dövləti qrupu İraqla sərhəd yaxınlığındakı Hasaka şəhəri ətrafında qədim assur xristian azlığının yaşadığı onlarla kəndi tutmuşdu.

İnsan haqları qruplarının verdiyi məlumata görə, İslam Dövləti qrupunun yaraqlıları keçən ay üç assuriya xristianını qətlə yetirib.

XS
SM
MD
LG