Accessibility links

Təhlükəsizlik mənbələrinin verdiyi məlumata görə, İraqın kürd silahlı döyüşçüləri İslam Dövləti qruplaşmasının yaraqlıları ilə şiddətli döyüşlərdən sonra İraqın şimalında bir qəsəbənin nəzarətini geri alıblar.

Kürd kəşfiyyat rəsmisi deyir ki, ABŞ-ın başçılıq etdiyi koalisiyanın İslam Dövləti mövqelərinə qarşı hava hücumlarından sonra peşmərgə kimi tanınan döyüşçülər Zumar qəsəbəsi və ətrafdakı bir neçə kəndin nəzarətini geri ala bilib.

İraq mərkəz bölgəsində isə rəsmilər deyir ki, İraq təhlükəsizlik qüvvələri şiddətli döyüşlərdən sonra Curf Əl-Şəhər qəsəbəsinə nəzarəti geri alıblar.

İslam Dövləti yaraqlıları İraqın şimalında və qərbində geniş bir ərazini ələ keçirib. Kürd silahlıları və İraq qoşunları yaraqlıların ələ keçirdiyi qəsəbə və kəndləri geri almağa çalışır.

Bu gün ABŞ Mərkəzi Komandanlığı bildirib ki, koalisiyanın hərbi təyyarələri dünən və bu gün İraqda İslam Dövləti yaraqlılarına qarşı 22 hava hücumu həyata keçirib. Hava zərbələrinə Mosul Su Bəndi yaxınlığında tez-tez zərbələrə məruz qalan hədəflər, Fəlluca şəhəri və şimalda neft yataqlarına ev sahibliyi edən Baycı şəhərinə hücumlar daxildir.

Bununla yanaşı rəsmilər bildirib ki, ABŞ qırıcı təyyarələri Suriyanın Türkiyə sərhədi yaxınlığındakı Kobani şəhərində İslam Dövləti yaraqlıların ağır artileriyasını məhv edib.

XS
SM
MD
LG