Accessibility links

Yeni hesabat: İŞİD-in həyata keçirdiyi hücumlar artıb


Hücumlar ilin üçüncü rübündə 42 faiz daha çox baş verib

"İHS Jane" müdafiə informasiya qrupunun yeni qlobal hesabatına görə, İŞİD qruplaşmasının bütün dünya boyu həyata keçirdiyi gündəlik hücumlar ilin üçüncü rübündə 40 faiz artıb.

Cümə axşamı işiq üzü görən araşdırma iyul və sentyabr ayları arasında İŞİD-in 1086 hücumumunu qeydə alıb. Bu isə günə 12 hücum deməkdir ki, bu rəqəm daha öncəki rüblə müqayisədə 42 faiz artıma bərabərdir.

Hesabat İslam Dövləti qrupunun nəzarət etdiyi ərazilərin yerləşdiyi ölkələri əhatə edir. Bunların sırasına isə Suriya, İraq, Misir, Liviya, Yəmən, Əfqanıstan, Pakistan, Nigeriya, Səudiyyə Ərəbistanı, Şimali Qafqaz və Əl-Cəzair daxildir.

Bu ölkələrdəki bir sıra yerli islamçı ektremist qrup (məsələn Nigeriyada Boko Haram) “İslam Dövləti” qrupuna loyallığını bəyan etsə də, bu qruplaşmaların hücumlarını İŞİD rəhbərliyi ilə nə dərəcədə koordinasiya etdiyi aydın deyil.

Suriya və İraqda fəaliyyət göstərən İŞİD ekstremistləri aylar boyu ABŞ-ın başçılıq etdiyi koalisiyanın, son zamanlar isə daha az nisbətdə Rusiyanın bombalama reydləri tərəfindən hədəfə alınıblar.

Hesabat bu hava hücumlarının İŞİD qrupuna təsir edib-etmədiyinə şübhə ilə yanaşsa da, qrupun ərazi genişləndirilməsinin zəiflədiyi bildirir.

İHS Jane-in məlumatına görə, son bir neçə ay ərzində İŞİD-in ərazisi çox cüzi miqdarda artıb. Əvəzində qrup hazırda nəzarət etdiyi əyalətlər üzərində nəzarəti daha da genişləndirmək və gücləndirmək strategiyasını davam etdirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG