Accessibility links

ABŞ rəsmiləri İŞİD-ə qarşı mübarizə strategiyası ilə bağlı qanunvericilərin suallarını cavablandırır


Silahlı Xidmətlər Komitəsi İslam Dövləti radikallarına qarşı mübarizəni müzakirə etmək məqsədilə dinləmə keçirib

Çərşənbə axşamı Silahlı Qüvvələr Komitəsinin keçirdiyi dinləmədə Respublikaçı senatorlar ABŞ-ın İslam Dövləti qrupunun radikallarına qarşı mübarizə səyləri ilə bağlı narazılıqlarını dilə gətiriblər. Qanunvericilər Müdafiə naziri Eşton Karter və Birgə Qərargahlar rəisi general Martin Dempsini sorğu-suala çəkiblər.

Təkcə hərbi qüvvə ilə İŞİD məsələsi həll olunmayacaq
Martin Dempsi

Komitənin sədri, senator Con Makkeyn bazar ertəsi prezident Barak Obamanın Pentaqonda ABŞ-ın İŞİD-ə qarşı strategiyası ilə bağlı dediklərini cəfəngiyyat adlandırıb.

“Biz qalib gəlmirik. Müharibədə qalib gəlməyəndə isə məğlub olursan,” deyə Con Makkeyn bildirib. “İŞİD əjdaha deyil. O, məğlub edilə bilər və məğlub edilməlidir. Amma biz özümüzü hazırkı kampaniyaya ilə aldatsaq, bu heç vaxt baş verməyəcək.”

Müdafiə naziri Eşton Karter Amerikanın müxtəlif istiqamətlərdə səyləri nəticəsində Suriya və İraqda İŞİD-i qəti şəkildə məğlubiyyətə uğradacağını deyib.

“İlk və bəlkə də ən vacib yollardan biri siyasi yoldur,”-deyə Karter vurğulayıb. “Buraya İraqda daha effektiv, bütün qrupların təmsil olunduğu və müxtəlif məzhəbə mənsub nümayəndələrdən ibarət idarəçilik daxildir. Eyni zamanda, Birləşmiş Ştatlar Suriyada Bəşər Əl-Əsəd hökümətindən hamının təmsil olunduğu bir hökümətə keçid həyata keçirmək istəyir ki, onunla birgə İŞİD-ə qarşı mübarizə edə bilsin.”

Prezident Obama Pentaqonda çıxış edərkən
Prezident Obama Pentaqonda çıxış edərkən

Bəzi Respublikaçılar İraqda İslam Dövləti qrupuna qarşı quruda əməliyyatlarda iştirak etmək üçün ABŞ-ın Xüsusi təyinatlı qüvvələrinin göndərilməsini tələb edir. Con Makkeyn quru qoşunları istisna etdiyi üçün prezident Obamanı tənqid edib.

“Prezidentin İŞİD və ya hər hansı digər problemin hərbi həllinin olmaması haqda bəyanatlardan xoşu gəlir,”-deyə Makkeyn bildirib. “Lakin o dərk etmir ki, bəzən siyasi həllə nail çatmaq üçün daha vacib hərbi ölçü götürülməlidir.”

Digər Respublikaçı qanunveici Cef Seşşions deyib ki, prezident Obamanın 2008-ci il seçki kampniyası zamanı ABŞ-ı Yaxın Şərqdə daha bir müharibəyə cəlb etməmək haqda vədləri bugünkü reallıqlara səbəb olub.

“Müəyyən məqamda prezident fikrini dəyişməli olacaq,”-deyə Cef Seşşions bildirib. “O, sadəcə vəd etdiklərinə uyğun şəkildə hərəkət edə bilməz, çünki reallıq fərqlidir”, o əlavə edib.

Bundan öncə general Martin Dempsi komitəyə vəziyyət tələb etsə, quru qoşunların göndərilməsini məsləhət görəcəyini bildirmişdi. Onun sözlərinə görə o, hələ ki, prezidentə belə bir təklif irəli sürməyib.

İdeologiyalar silahlarla məğlub olunmur. Onlar daha yaxşı ideyalarla məğlub olunur
Barak Obama

“Təkcə hərbi qüvvə ilə İŞİD məsələsi həll olunmayacaq,”-deyə Martin Dempsi bildirib. “Yaxın Şərqdə uzunmüddətli sabitlik kənar qüvvələr tərəfindən tətbiq oluna bilməz. Koalisiya döyüşə imkan yaradıb, amma müharibəni regiondakı maraqlı tərəflər aparmalıdır", o əlavə edib.

General həmçinin qeyd edib ki, İŞİD-in məhv edilməsi üçün Xüsusi təyinatlı qüvvələrin göndərilməsi deyil, iraqlıların döyüşə cəlb olunması lazımdır.

Prezident Obama əsgərlərə təlim keçib, silahla təchiz etmək üçün İraqa ABŞ-ın mütəxəssislərdən ibarət personal göndərib.

Komitədə nüfuzlu demokratı senator Cek Rid deyib ki, quru qüvələrin göndərilib-göndərilməməsi haqda müzakirələr zamanı ABŞ-ın İraqda müdaxiləsinin tarixi nəzərə alınmaya bilməz.

“İŞİD-in yaranmasına səbəb olan amillərin çoxu 2003-ci ildə ABŞ-ın İraqa müdaxiləsinə səbəb olan amillərlə müqayisə oluna bilər,” deyə o bildirib. “O zaman biz o müharibəyə hazırlananda şiələr və sünnilər arasında məzhəb ayrılıqlarına diqqət vermədik. Bu da İŞİD-in yaranmasına gətirib çıxaran narazılıqlara səbəb oldu.”

Bazar ertəsi Petaqonda çıxış edən prezident Obama koalisiya qüvvələrinin İslam Dövləti qrupunun mövqelərinə qarşı 5 mindən çox hava hücumu həyata keçirdiyini vurğulayıb. O bu mübarizənin tərəqqi və geriləmələrlə birlikdə uzun müddət sürəcəyini proqnozlaşdırıb.

“İdeologiyalar silahlarla məğlub edilmir. Onlar daha yaxşı ideyalarla məğlub edilir,”-deyə cənab Obama qeyd edib. “Bu mübarizə nəsillərin mübarizəsi olacaq. Bu mübarizə təkcə ABŞ-a qələbə, ya da məğlubiyyət gətirməyəcək. Buna İŞİD kimi terrorçu qruplara qarşı savaşan ölkələr və icmalar qərar verəcək.”

Çərşənbə axşamı senator Con Makkeyn tənqidini bir cümlə ilə belə ifadə edib: "Bizim hərəkətlərimiz və hazırkı səylərimizin səviyyəsi məqsədlərimizlə uyğunlaşmır.”

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG