Accessibility links

İslam Dövləti növbəti amerikalının başını kəsdiyini iddia edir


İslam Dövləti yaraqlıları internetdə yaydıqları video ilə iddia edir ki, onlar amerikalı humanitar yardım işçisi Əbdülrəhman Kassiqin başını kəsib.

ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Bernadet Mihanın sözlərinə görə, kəşfiyyat icması yayılan videonun həqiqiliyin tez bir zamanda yoxlamaq üçün bütün səylərini səfərbər edib. Videonu kəsilmiş başin yanında dayanan bir yaraqlı bu basin Kassiqə məxsus olduğunu deyir.

Video basin kəsilməsi səhnəsini göstərmir. İngilis dilində Britaniya ləhcəsi ilə danışan yaraqlı deyir ki, onlar “ilk amerikalı səlibçi”ni Suriyanın Dabiq şəhərində basdırırlar. Yaraqlı ABŞ əsgərlərinin eyni aqibətlə üzləşəcəyinə dair xəbərdarlıq da edib.

Eyni videoda daha Suriya ordusunun 18 əsgərinin də başının kəsilməsini əks etdirir.

ABŞ Ordusunun 26 yaşlı sabiq üzvü olan Kassiq 13 ay əvvəl Suriyanın müharibə gedən şəhərində humanitar yardım işi ilə məşğul olarkən girov götürülmüşdü. Ailə bildirmişdi ki, əsirlikdə olarkən onun dini ilə yanaşı, adı da Piterdən Əbdülrəhmana dəyişdirilib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG