Accessibility links

İslam Dövləti sosial şəbəkələrdən effektiv istifadə edir [Video]


ABŞ Milli Təhlükəsizlik Agentliyinin direktoru Ceyms Klapper deyir ki, internet vasitəsilə ruhlandırılan yerli ekstremizmdir.

Terror mütəxəssisləri deyir ki, İslam Dövləti yaraqlılar internet vasitəsilə gənc müsəlmanları elə onların yataq otaqlarında radikallaşdırır. İnternet provayderlərinin və rəsmilərin onlayn ekstremizmə qarşı yetərli ölçülər götürməməsinə dair narahatlıqlar artmaqdadır.

İstanbulda bu şaxtalı fevral gecəsində təhlükəsizlik kameraları İslam Dövlətinə qoşulmağa çalışan 15 və 16 yaşlarında 3 britaniyalı məktəbli qızı avtobus dayanacağında qeydə alıb. 18 asaatlıq avtobus səfərindən sonra onların Suriyaya keçdiyi ehtimal olunur.

Bəs görəsən bu əlaçı şagirdlərin ailələrini tərk edib İslam Dövləti yaraqlıları ilə tərəfdaş olmaq üçün müharibə zonasına getməsinə səbəb olub. Braniyanın terrorizm əleyhinə polis rəisi şosial şəbəkələri günahkar bilir: “Son bir neçə ildə gördüyümüz dəyişiklik ondan ibarətdir ki, bu ektremist mesajlar internet vasitəsilə birbaşa övladınızın yataq otağına daxil olur”.


Təhqiqatçılar deyir ki, Suriyada İslam Dövlətinə səfər etmiş başqa bir britaniyalı qadın Əqsa Mahmud 3 yeniyetmənin radikallaşmasına yardım edib.

Chatam House siyasət insitutunda danışann Kings Kollecdən terror mütəxəssisi Şiraz Maher bildirdiyinə görə, bu fenomon bütün dünyaya yayılmaqdadır. O deyir ki, İslam Dövləti sıralarına bütün dünyadan kişi döyüşçülər və potensial qadın tərəfdaşlar cəlb etməyə çağırır.

“Bu gün döyüşçü ilə birbaşa dialoq qurmaq imkanı var. Ondan oradakı həyat səviyyəsi haqda soruşa bilərsən. Ora necə getdiyini soruşa bilərsən. Və bu, sizə içərinizdəki qorxuya üstün gəlməyə kömək edir”.

Maher deyir ki, İslam Dövlətinin təbliğatı fanatik kişi və qadın şəbəkəsinə əsaslanır.

“ Biz onları “ötürücülər” adlandırırıq. Bu “ötürücülər” çox önəmlidirlər, çünki onlar bir yerdə deyillər. Onlar çoxsaylı mənbədən məlumat toplayıb onları yaya bilir.

Ən mühüm ötürücülərdən biri Hindistanın Banqalor şəhərində yaşayıb və Twitter-də “ShamiWitness” adı ilə fəaliyyət göstərib. O, dekabrdə həbs edilib.

ShamiWitness Twitter hesabının fəaliyyəti dondurulsa da, hələ də mövcuddur və onun 17 min izləyicisi var. Onun mesajları arasında İslam Dövlətinin təbliği, yaraqlılara qoşulmaq istəyənlərə məsləhətlər və ölən döyüşçülərə təriflər yer alır.

ABŞ Milli Təhlükəsizlik Agentliyinin direktoru Ceyms Klapper deyir ki, internet vasitəsilə ruhlandırılan yerli ekstremizmdir.

“İŞİD missionerlikdə və insanları cəlb etmədə çox cəld və mütəşəkkildir. Onlar social şəbəkələrin ağıllı istifadəçiləridir. Bu, Avropada olduğu kimi bizim üçün də mühüm problemdir”.

Təhlükəsizlik təhlilçiləri deyir ki, onlayn ekstremist təbliğata qarşı mübarizədə elə internetin özündən istifadə etmək lazımdır. Onların fikrincə bu yolla gənclərin onlayn marağının radikal reallığa çevrilməsinin qarşısını almaq olar.

XS
SM
MD
LG