Accessibility links

Nəhəng itkilər İŞİD-i dayandırmır [Video]


Nəhəng itkilər İŞİD-i dayandırmır
please wait

No media source currently available

0:00 0:01:57 0:00

Nəhəng itkilər İŞİD-i dayandırmır

Koalisiya əməliyyatlarının başlamasından bəri 10 mindən çox döyüşçü həlak olub

İslam Dövlətinin İraq və Suriyada əraziləri ələ keçirməsinə baxmayaraq, ABŞ rəsmiləri prezidentin bu terrorçu qrupu və onun qondarma xəlifəliyini məhv etmək strategiyasını dəstəkləyirlər. Bu inamın son sübutu- İslam Dövlətinin üzvlərinin sayıdır. Ancaq yenə də bu rəqəm cavablardan çox suallar yaradır.

Parisdə anti-İslam Dövləti tərəfdaşları ilə danışıqlardan sonra ABŞ qətiyyətli bəyanatla çıxış etdi:

İŞİD artıq İraqda ilk başladığından 25 faiz daha az əraziyə nəzarət edir və əhəmiyyətli sayda üzv və vəsait itirib

“İŞİD artıq İraqda ilk başladığından 25 faiz daha az əraziyə nəzarət edir və əhəmiyyətli sayda üzv və vəsait itirib.”

Çərşənbə günü dövlət katibinin müavini Entoni Blinken daha da cəsarətli bir şəkildə koalisiya əməliyyatların başladığından bəri 10 mindən çox İslam Dövləti döyüşçüsünün öldüyünü bildirib.

Bu isə ABŞ kəşfiyyat xidmətlərinin hesabı ilə 32 min döyüşçüdən ibarət İslam Dövləti qüvvələrinin 30-45 faizinin məhvi deməkdir.

Lakin bu itkilərə baxmayaraq, İslam Dövləti Ramadi və Palmira kimi yerlərdə qələbə çalmağa nail olub.

“Bu, təkcə bir fakt və rəqəmdir və təbii ki, biz hərbi fəaliyyətimizin səmərəliliyini bununla ölçmürük.”

ABŞ İslam Dövlətinin gücünü və strateji imkanlarını kifayət qədər qiymətləndirməyib

Ancaq ABŞ-ın düşmənin gücünü ölçmək üsulu narahatlıqlara səbəb olub.

Təhlilçi Bill Roggio Skype vasitəsilə bildirir:

“ABŞ İslam Dövlətinin gücünü və strateji imkanlarını kifayət qədər qiymətləndirməyib .”

“Buna İslam Dövlətinin həcmi daxildir ki, bəzi təhlilçilər terrorçu qrupun 50 minədək döyüşçüsünün olduğunu təxmin edirlər.. və bu rəqəm getdikcə artır.

İŞİD sıralarına dünyanın 100 ölkəsindən hər ay minə yaxın zabitin qoşulduğu təxmin edilir.

ABŞ kəşfiyyat rəsmisi Amerikanın Səsinə həlak olan İslam Dövləti döyüşçülərinin qrupun imkanlarını və hücum tempini azaltdığını bildirir. Lakin o eyni zamanda İslam Dövlətinin güclü qüvvə olaraq qaldığını da əlavə edir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG