Accessibility links

İslam Dövləti amerikalı girov Sotlofun edamını göstərən video açıqlayıb


Steven Sotloff

Steven Sotloff

Ekstremist İslam Dövləti qrupu girov götürülmüş amerikalı jurnalist Stiven Sotlofun edamını göstərən video açıqlayıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki rəsmilərin videonun həqiqiliyini müəyyən etməyə çalışdığını bildirib.

Keçən ay qrup daha bir amerikalı jurnalist Jim Foleyin edam edildiyini göstərən video açıqlamışdı.

Stiven Sotlof 2013-cü ilin avqustunda Foleyin girov götürülməsindən təxminən bir il sonra Suriyada girov götürülmüşdü. O, TimeForeign Policy jurnalları üçün reportajlar hazırlayırdı.

Sonuncu dəfə o, Foleyin edam edildiyi videoda göstərilmişdi. İslam Dövləti qrupunun militantları onun ABŞ-ın İraqda qrupa qarşı hava hücumlarına cavab olaraq edam edildiyini bildirmişdi.

Keçən ay Stiven Sotlofun anası Şerli oğlunun azad edilməsi üçün ekstremist qrupun lideri Əbu Bəkr Əl-Bağdadiyə video müraciət açıqlamışdı.

XS
SM
MD
LG