Accessibility links

İslam Kərimov vəfat edib - Hökumət təsdiq etdi


Özbəkistan prezidenti İslam Kərimov vəfat edib. Özbəkistan hökuməti bu məlumatı beyninə qan sızması üzündən Kərimovun xəstəxanaya yerləşdirilməsindən bir neçə gün sonra təsdiq edib.

Kərimov bir həftədən artıqdır xəstəxanada olsa da, onun vəziyyəti barədə rəsmi məlumatlar ciddi gecikləmələrlə verilirdi. Vəziyyətinin kritik olduğu bildirən rəsmilər bu gün yerli vaxtla axşam saatlarında 78 yaşlı liderin öldüyünü təsdiq ediblər.

Bundan əvvəl yayılan məlumatlarda bəzi xarici dövlət rəsmilərinin şənbə günü dəfn mərasiminə dəvət olunduğu bildirilmişdi.

Türkiyə baş naziri Binəli Yıldırım hələ rəsmi təsdiq gəlməzdən öncə Özbəkistan prezidentinin vəfat etdiyini bildirmişdi.

Yıldırım bu gün televiziya ilə yayımlanan kabinet iclasında Özbəkistana başsağlığı verib.

"Özbəkistan prezidenti İslam Kərimov vəfat edib. Allah rəhmət eləsin! Türkiyə Cumhuriyyəti özbək xalqının kədərini bölüşür" - deyə baş nazir bildirib.

Associated Press yüksək vəzifəli qırğız diplomat və Əfqanıstan hökumət rəsmisinə istinadən bildirib ki, ölkə liderləri şənbə günü Kərimovun dəfn mərasiminə dəvət olunub.

Associated Press yüksək vəzifəli qırğız diplomat və Əfqanıstan hökumət rəsmisinə istinadən bildirib ki, ölkə liderləri şənbə günü Kərimovun dəfn mərasiminə dəvət olunub.

Reuters 3 diplomatik mənbəyə istinadən iflicdən əziyyət çəkən Kərimovun 78 yaşında vəfat etdiyini bildirib.

Dəfn mərasiminin təşkilinə dair xəbərlər

Rusiyanın Fərqanə beynəlxalq informasiya agentliyi də Kərimovun doğulduğu Səmərqənd şəhərində dəfn mərasiminin təşkilinə dair hazırlıqların getdiyini deyib.

Özbəkistan Kərimovun ölümünü təsdiq etməyib. Bununla yanaşı, hökumətin açıqladığı son bəyanatda ölkə liderinin vəziyyətinin kritik olduğu vurğulanıb.

25 ildən artıqdır Mərkəzi Asiya ölkəsində avtoritar hakimiyyət yürüdən Kərimov müxalifəti zəiflədib və öz yerinə varis müəyyən etməyib.

İnsan Haqlarını Müşahidə qrupu Özbəkistanda insan haqlarının dəhşətli dərəcədə pozulduğu barədə məlumat verib.

ABŞ-ın mövqeyi

ABŞ dövlət katibinin Mərkəzi Asiya üzrə yardımçısı Danel Rosenblum Amerikanın Səsinin Özbək şöbəsinə verdiyi müsahibədə Kərimovun ölümü barədə şayiələrdən yayınmağa çalışıb.

Rosenblum deyib ki, ABŞ özünü Özbəkistan və özbək xalqının dostu hesab edir və ölkənin azadlığını, suverenliyini dəstəkləyir və bu dostluğu bütün şərtlər altında davam etdirməyə çalışacaq.

Özbəkistan Kərimovun ölümünü təsdiq etməyib. Bununla yanaşı, hökumətin açıqladığı son bəyanatda ölkə liderinin vəziyyətinin kritik olduğu vurğulanıb.

Avtoritar lider

1989-cu ildən bəri müxalifəti əzən və ölkəni avtoritar üsulla idarə edən Kərimov özünə varis yetişdirməyib. Müşahidəçilər bu üzdən ölkədə hakimiyyət boşluğu yarandığını bildirirlər.

Azadlıq və demokratiya adı altında bizim daxili işlərimizə qarışmayın. Bizə nə etməli, kimlə dost, kimlə necə münasibət qurmalı olduğumuzu deməyin.
İslam Kərimov, Əndican hadisələrindən sonra

Güman edilir ki, siyasi keçid prosesi bağlı qapılar arxasında bir qrup rəsmi və ailə üzvlərinin iştirakı ilə baş verəcək. Lakin bu adamlar arasında kompromis əldə olunmazsa, qarşıdurma 38 milyon əhalisi olan ölkəni çalxalaya və islamçı militantların hədəfinə çevrilə bilər.

Amnesty International təşkilatı Özbəkistanda insan haqları durumunun bərbad olduğunu bildirir. Minlərlə adamın siyasi motivlərlə həbs olunduğu bu ölkədə işgəncə və başqa növ basqılar mütəmadi hal alıb.

2005-ci ilin mayında Əndican şəhərində baş qaldıran etiraz əsnasında İslam Kərimov etirazçıların gülləbaran edilməsinə göstəriş vermişdi. Yüzlərlə adamın qətlindən sonra Qərbin tənqidləri ilə üzləşən Kərimov belə cavab vermişdi:

"Azadlıq və demokratiya adı altında bizim daxili işlərimizə qarışmayın. Bizə nə etməli, kimlə dost, kimlə necə münasibət qurmalı olduğumuzu deməyin."

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG