Accessibility links

Avropa və Amerikada İslam Dövlətinə pozitiv münasibət Suriya və İraqdan daha artıqdır


Son araşdırmalara görə, zorakılıqlardan uzaq olanlar və İslam Dövlətinin əməllərinə məruz qalmayanlar qrupun social mediadakı təbliğatına pozitiv nöqteyi-nəzərdən yanaşır.

İslam Dövlətinin nüfuzu anti-terrorizm ekpertlərini qorxudur. Belə ki, qrupun tərəfdarları onun adından terror əməllərinə əl ata bilər.

ABŞ-ın hüquq mühafizə orqanları Amerika ərazisində mümkün hücumlar barədə xəbərdarlıq yayıb.

Milan universiteti iyul ayında oktyabr ayınadək sosial mediada paylaşılan 2 milyon yazını araşıdırıb. Nəticədə məlum olub ki, Avropa və Amerikada İslam Dövlətinə müsbət münasibət Suriya və İraqdan daha artıqdır.

İtalyan araşdırmaçılar Suriyada qrupa pozitiv münasibətin 8, İraqda 19.7 faiz təşkil etdiyini bildirir.

Avropa ölkələrində İslam Dövlətini dəstəkləyənlərin sayı daha artıqdır. Belçikada bu göstərici 31, Britaniyada 24, Fransada isə 20.8 faiz təşkil edir.

Qətərdə qrupa 47, Pakistanda isə 35 faiz dəstək nümayiş etdirilir.

ABŞ-da Facebook and Twitter-də İŞİD-ı 21.4 faiz ərəbdilli insanlar dəstəkləyir.

Londonda yerləşən Quilliam fondundan Erin Saltmanin dediyinə görə, müharibə təcrübəsi və terror əməlləri təhlükəsi altında olanların mövqeyi fərqlidir. O, təhlükədən uzaq olanların qrupun təbliğatına daha çox rəğbət göstədiyini deyir.

İslam Dövlətinə 35.6 faiz islamın müdafiəsi, 26.2 faiz proselitizm (dinin dəyişdirilməsi), 17.4 faiz insan isə dövlət quruculuğu baxımından dəstək verir.

32.8 faiz qrupun dindən siyasi vasitə kimi istifadə etdiyini, 28.9 faiz zorakılıq naminə, 17 faiz isə qrupun dini azadlıq da daxil edilməklə, azadlıq əleyhinə olduğunu bildirib.

Tədqiqatçılar amerikalıların başının kəsilməsi və ABŞ-ın İŞİD-ə qarşı hava hücumları kimi halların qrupun tərəfdarları və onun əleyhinə olanların sayını artırdığını deyir.

Sosial mediada fikir bildirənlərin 93 faizi Twitter, digərləri isə bloqlar, Facebook və sosial medianın digər platformalarından əldə edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG