Accessibility links

İslam radikalizminə qarşı mübarizə [Video]


İslam radikalizminə qarşı mübarizə
please wait

No media source currently available

0:00 0:02:34 0:00

İslamçı terrorizm Qərb cəmiyyətləri də daxil edilməklə, bütün dünya boyu yayılıb. Hökumətlər əsasən də müsəlman icmalarına təsiri azaltmaq üçün ərəb dünyasındakı radikal qruplara qarşı mübarizəyə qalxıb. Lakin İslam radikalizminə qarşı konvensional metodlarla mübarizə uğursuzdur.

Fransanın baş naziri Manuel Valls
Fransanın baş naziri Manuel Valls

Bu həftə Fransa parlamenti mütləq səs çoxluğu ilə terror şübhəlilərinə nəzarətin artırılması barədəki mübahisəli qanunu qəbul etdi.

“Əvvəlcə onu demək istəyirəm ki, kəşfiyyatla bağlı qanun layihəsinin səs çoxluğu ilə qəbul edilməsindən çox razıyam. Bu qanun layihəsi bizim müstəqilliyimizə təminatdır. Bu qanun layihəsi kəşfiyyat orqanlarına hansısa terror təhlükəsinın qarşısını almaq üçün daha çox səlahiyyətlər verəcək” - deyə, Fransanın baş naziri Manuel Valls bildirib.

Fransadakı müxtəlif partiyaları qanunvericilərinin bu qanun layihəsini dəstəkləməsinə baxmayaraq, bir çoxları bunun terrorrizmlə mübarizədə effektiv olacağına şübhə edir.

Təhlilçilərin dediyinə görə, gənc müsəlmanları özünə cəlb edən radikal qruplar öz dovlət rəsmilərindən narazıdır.

Amerika İslamçı Konqresindən Zeynəb Süveyj: “Əlbəttə, regionda İsraili əsas düşmən sayan insanlar Qərbin ərəb və müsəlman dünyasını məhv etmək istədiyini düşünür. Bu barədə həm mediada, həm məktəblərdə, həm ictimai yerlərdə danışılır. Radikal qruplar bu insanlara alternativ təqdim edirlər.”

İraq və Suriyadakı İslam Dövlətinə qarşı həyata keçirilən beynəlxalq hava hücumlarında nailiyyət qazanılsa da, köhnə, terrorçu Əl-Qaidə qrupu mənfəət əldə etdi. Qrupun yüksək səviyyəli rəsmiləri arasında öldürülənlər və həbs edilənlərin olmasına, qrupun maliyyə şəbəkəsinin sıradan çıxmasına baxmayaraq, təhlilçilər bəzi ərəb dövlətlərinin yardımı ilə son aylar Əl-Qaidənin dirçəldiyini deyirlər.

Demokratiyanın Müdafiəsi Fondundan David Qartenşteyn Ross: “Belə görünür, Ərəb Körfəzinin bəzi dövlətləri tərəfindən maliyyələşdirilən Əl-Qaidə Suriyada və Yəməndə yenidən işə başlayıb. Məsələn, Səudiyyə Ərəbistanı və Qatar Əl-Qaidənin Suriyadakı qolu sayılan Nüsra Cəbhəsinə açıq-aşkar yardım edir.”

Təhlilçilər deyirlər ki, üsyançılara və terror şəbəkələrinə qarşı hərbi əməliyyatlar müvəqqəti nailiyyətlərdir. Çoxları İslam radikalizminin məğlubiyyətinin açarını müsəlman icmalarda mötədil səslərin gücləndirilməsində görür.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG