Accessibility links

Papa Fransis müsəlmanları terrorçuluğu pisləməyə çağırıb


Papa Fransis dünya müsəlmanlarının liderlərini İslam naminə terrorçuluğu pisləməyə çağırıb.

İstanbuldan Romaya gələn təyyarədə müxbirlərə müsahibəsində Roma Papası deyib ki, bu çağırış Qərb ölkələrində səhvən terrorçuluqla müsəlmanları eyniləşdirməni məhv etməyə yardım edəcək.

Papa deyib ki, o üç günlük səfərində eyni mesajı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana da çatdırıb.

Papanın mesajı aylardır İslam Dövləti ekstremistlərinin Suriya və İraqda şiə müsəlmanları, xristianlar və digər təriqətlərdən olan insanları öldürməsi ilə eyni vaxta təsadüf edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG