Accessibility links

İlham Əliyev islam həmrəylik oyunlarında qalib idmançları mükafatlandırıb


Azərbaycan prezidenti idmançıları qəbul edib
Azərbaycan prezidenti idmançıları qəbul edib

Azərbaycan komandası 24 medal qazanıb

Azərbaycan prezidenti İndoneziyanın Palembanq şəhərində keçirilən III İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatlar verilməsi barədə sərəncam imzalayıb.

Sənədə görə, birinci yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat müvafiq olaraq ikinci yeri tutanlar 30 min, 15 min manat, üçüncü yeri tutanlara isə 20 min manat, 10 min manat veriləcək.

Dövlət başçısı qalib idmançıları və məşqçiləri qəbul da edib.

İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komandası 24 medal qazanıb, onlardan 6-sı qızıl medaldır.
XS
SM
MD
LG