Accessibility links

Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək


İslam Həmrəyliyi Oyunları

İslam Həmrəyliyi Oyunları

Aprelin 7-də IV İslam Həmrəyliyi Oyunlarına 2017-ci ildə Azərbaycanın ev sahibliyi etməsi ilə bağlı İslam Həmrəyliyi İdman Federasiyası (İHİF) ilə müqavilə imzalanıb. Müqaviləni Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) prezidenti, Səudiyyə Ərəbistanının gənclər və idman naziri, Səudiyyə Ərəbistanı Olimpiya Komitəsinin prezidenti, şahzadə Abdullah Bin Mosaad Bin Abdulaziz Al-Saud və Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) və İHİF-in vitse-prezidenti Çingiz Hüseynzadə imzalayıb.

İslam Həmrəyliyi Oyunları

İslam Həmrəyliyi Oyunları

2013-cü il iyulun 23-24-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində İHİF-in səkkizinci hesabat-seçki Baş Assambleyası çərçivəsində federasiyaya üzv olan Milli Olimpiya komitələri 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmək üçün Azərbaycanın namizədliyinə səs verib. 2013-cü il sentyabrın 22-dən oktyabrın 2-dək İndoneziyanın Palembank şəhərində keçirilmiş III İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi zamanı İHİF-in bayrağı Azərbaycana təqdim edilib.

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə bildirib ki, İHİF-in nümayəndələri Azərbaycanda idman infrastrukturu ilə yaxından tanış olub.

“Bakı-2015” ilk Avropa Oyunlarının təşkil olunacağı obyektlərdəki şərait qonaqlarda xoş təəssürat yaradıb. Azərbaycan idmançıları “Bakı-2017”ni ciddi sınaq kimi qəbul edir və həmin oyunlarda yüksək nəticələr üçün mübarizə aparacaq”, o qeyd edib.

İslam Həmrəyliyi Oyunları

İslam Həmrəyliyi Oyunları

Şahzadə Abdullah Bin Mosaad Bin Abdulaziz Al Saud Azərbaycanda idmana göstərilən dövlət qayğısını yüksək qiymətləndirib. Onun fikrincə, Azərbaycanın idman obyektləri yüksək standartlara cavab verir.

“Belə çətin vaxtda əməkdaşlıq etmək missiyası üzərimizə düşür. Bu oyunlar böyük islam dəyərlərinin, qardaşlıq və birlik dəyərlərinin yayılmasına xidmət edəcək. Biz islam dünyasının sülh naminə yaşadığını dünyaya nümayiş etdirəcəyik”, o qeyd edib.

Azərbaycanda irimiqyaslı tədbirlərin müvəffəqiyyətlə təşkil edildiyini deyən gənclər və idman naziri Azad Rəhimov ölkəsinin qısa vaxtda idman sahəsində böyük uğurlar əldə etdiyini xatırladıb.

“Azərbaycan İslam dünyasının hər zaman diqqət mərkəzində olan bir məkandır. Bakı 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı seçilib, 2018-ci ildə isə bu missiya Naxçıvana həvalə olunacaq. Hazırda ölkəmiz “Bakı-2015” ilk Avropa Oyunlarının keçirilməsinə hazırlaşır. Həmçinin cari ildə ölkəmizdə şahmat üzrə dünya kuboku, gələn il şahmat üzrə Olimpiada, “Formula-1” üzrə Avropa Qran-pri yarışları və 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları təşkil olunacaq. Biz bu yarışların təşkil olunması istiqamətində bütün imkanlarımızdan istifadə edəcəyik ki, turnirlər yüksək səviyyədə keçirilsin”.

İslam Həmrəyliyi Oyunları

İslam Həmrəyliyi Oyunları

Nazir Azərbaycanın dünyada tanınmasında idmançıların böyük rolunun olduğunu da diqqətə çatdırıb.

Azad Rəhimov suallara cavabda deyib ki,IV İslam Həmrəyliyi Oyunları 2017-ci ildə mayda – Ramazan ayından əvvəl təşkil olunacaq.

“Yarışın proqramına 19-20 idman növü daxil ediləcək ki, bunlar da “Bakı-2015” ilk Avropa Oyunlarının proqramı ilə qismən də olsa üst-üstə düşəcək. IV İslam Həmrəyliyi Oyunlarında ağır atletika və zorxana kimi idman növləri üzrə yarışlar da keçiriləcək. İdmançılar “Bakı-2015” üçün nəzərdə tutulan Atletlər Kəndində yerləşdiriləcək”.

Nazir Azad Rəhimov Amerikanın Səsinin oyunların büdcəsi ilə bağlı sualına da cavab verib.

"Ev sahibliyi sazişi müxtəlif təşkilati məsələlərə toxunur. Bizim öhdəliklərimiz Azərbaycana gələn idmançıların təhlükəsizliyi, nəqliyyat, qidalanma, yerləşdirmə və digər məsələlərdir. Hazırda I Avropa Oyunlarında istifadə olunacaq Atletlər kəndi İslam Oyunları zamanı da istifadə ediləcək. Büdcədən danışmaq tezdir. Amma Olimpiya və Avropa Oyunları ilə müqayisədə burada yol xərcləri idmançıların öz üzərinə düşür. Digər böyük tədbirlərlə müqayisədə büdcə böyük olmayacaq".

İslam Həmrəyliyi Oyunları

İslam Həmrəyliyi Oyunları

Azad Rəhimov İslam Oyunlarında iştirak edəcək azərbaycanlı idmançıların sayını da açıqlayıb.

"Azərbaycandan yüzdən artıq idmançı iştirak edəcək. Burada lisenziya qazanmağa ehtiyac yoxdur. Ev sahibi olduğumuz üçün çalışacağıq ki, bütün idman növlərində iştirak edək. Çalışacağıq ki, mədəni proqramlar da təşkil edək", o qeyd edib.

XS
SM
MD
LG