Accessibility links

İslam Partiyasının sədr müavini həbsxana xəstəxanasında vəfat edib


İslam Partiyasının sədr müavini Vaqif Abdullayev

İslam Partiyasının sədr müavini Vaqif Abdullayev

Vaqif Abdullayevin ailəsinə təqdim edilən ölüm akrında onun qan xərçəngindən vəfat etdiyi yazılıb. Sədr müavini dövlət çevrilişinə cəhd ittihamı ilə 11 həbsə məhkum edilmişdi.

İyulun 12-də səhər saatlarında dövlət qeydiyyatı olmayan İslam Partiyasının sədr müavini Vaqif Abdullayev Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin müalicə müəssisəsində vəfat edib. Bu barədə Amerikanın Səsi radiosuna müsahibəsində İslam Partiyasının digər sədr müavini Akif Heydərli bildirib.
Onun sözlərinə görə, Abdullayevin ailəsinə təqdim edilən ölüm akrında onun qan xərçəngindən vəfat etdiyi yazılıb.


Penitensir Xidmətin mətbuat xidməti ölümün səbəblərini şərh etməyib.
Vaqif Abdullayev uzun müddət bronxial asma xəstəliyindən əziyyət çəkib. Həbsxanada isə xərçəng xəstəliyinə tutulub.
Hüquq müdafiə təşkilatları dəfələrlə V.Abdullayevin ağır xəstə olduğunu, onun həbsdən azad edilmədiyi təqdirdə həbsxanada vəfat edəcəyi barədə hökuməti xəbərdar edib. Lakin onların çağırışlarına məhəl qoyulmayıb.
Vaqif Abdullayev 1951-ci ildə anadan olub. 2011-ci il yanvarın 7-də həbs edilib. Cinayət Məcəlləsinin 214.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən cinayətə hazırlıq), 214.2.3 (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə cinayətə hazırlıq); 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsi 2011-ci il oktyabrın 7-də Vaqif Abdullayevi 11 il azadlıqdan məhrum edib.
Cənab Heydərli Vaqif Abdullayevin həbsxana xəstəxanasında vəfat etməsini, sağalmaz xəstəliyə düçar olduğu halda həbsdən azad edilməməsini, vəfat edərkən ailə üzvlərinin yanında olmamasını mənfi qiymətləndirib. “Bu hökumətin ədalətindən, humanizmindən xəbər vermir. Vaqif Abdullayev İslam Partiyasının sədri Mövsüm Səmədovun 2011-ci il 2 yanvar çıxışından sonra irəli sürülən uydurma ittihamla həbs edilib”.
Onun sözlərinə görə, Vaqif Abdullayevdə həbsdən əvvəl ağır bronxial asma xəstəliyi olduğu halda o səhra şəraitində Qaradağ daş karxanası ərazisində daş tozunun tüğyan etdiyi cəzaçəkmə müəssisəsində saxlanıb. “Eyni zamanda, kəskin streeslər onda xərçəngin yaranma səbəb olub”, - deyə A.Heydərli qeyd edib.
XS
SM
MD
LG