Accessibility links

AXCP fəalı həbs edilib


İslam Sahiboğlu (Foto fəalın facebook səhifəsindəndir)
İslam Sahiboğlu (Foto fəalın facebook səhifəsindəndir)

Noyabrın 25-də AXCP Gənclər Komitəsinin fəalı İslam Sahiboğlu inzibati qaydada 30 sutka həbs edilib.

AXCP sədrini müavini Gözəl Bayramlı Amerikanın Səsinə bildirib ki, Sahiboğlu bu gün səhər saatlarında saxlanılaraq Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə aparılıb.

“Axşam saatlarında İslam Sahiboğlu zəng edərək Yasamal rayon Məhkəməsi polisə müqavimət ittihamı ilə onun 30 sutka inzibati həbsi barədə qərar qəbul etdiyini deyib”, Bayramlı qeyd edib.

AXCP sədrini müavini gənc fəalın həbsini qanunsuz adlandırıb. “Hakimiyyətin AXCP-yə qarşı repressiya siyasəti davam edir”, o qeyd edib.

Hüquq-mühafizə orqanları AXCP fəalının həbsi barədə hələ şərh verməyib.

XS
SM
MD
LG