Accessibility links

Təhlil: İŞİD-in zəiflədiyini demək olarmı? [Video]


Yavaş-yavaş olsa da, Birləşmiş Ştatlar və koalisiyaya daxil olan ölkələrin özünü qondarma İslam Dövləti adlandıran qrup üzərində üstünlüyə nail olduğu müşahidə olunur. Lakin rəsmilər və təhlilçilər bu ekstremist qrupun parçalanmaqdan uzaq olduğu barədə xəbərdarlıq edir.

İraqlıların İslam Dövlətinin məhvinə dua etmələri və qrupun məğlubiyyətini bayram etmələri müsbət haldır. Lakin döyüşlər davam etdiyi bir vaxt, terrorizm üzrə J.M. Berger kimi ekspertlər həddən artıq ruh yüksəkliyinin erkən olduğunu deyirlər. “Mənim fikrimcə, əqrəbin o tərəfə yelləndiyini demək tezdir. Onlar üçün legitimlik baxımdan Mosul və Raqqanı əldə saxlamaq olduqca mühümdür. Bu iki şəhər itirilməyincə onlar legitimliklərini qorumaqda davam edəcəklər.”

Berger və digər təhlilçilərin dediyinə görə, İslam Dövləti döyüşlərdə zəifləyə bilər, lakin İraq və kürd hərbi qüvvələri, eləcə də şiə yaraqlılarının itkisi bu qrupun itkisi ilə müqayisə edilə bilməz.

Qrup daxilində fikir ayrılıqlarının olduğu və ya daxildəki edamlar barədəki çaiyələr də şişirdilmiş ola bilər. “Qrupu tərk etmək istəyənlərin edamı daxildə zəifləmə demək deyil. Bu, totalitar rejimin və ibrət dərsinin göstəricisidir.”

Müharibələrin Araşdırılması İnsitutundan Kristofer Harmer deyir ki, İslam Dövlətinin geri çəkilməsi belə, onun üzərində üstünlük demək deyil. “Onların partlayıcı qurğuları, intiharçıları və intiharçı gödəkçələri, eləcə də bombalı avtomobilləri var ki, bütün bunlar Amerikanın İraqdakı müharibə maşınına problem olacaq. Peşmergə və İraq təhlükəsizlik qüvvələrinin isə bütün bunları aradan qaldırması mümkün olmayacaq.”

Hazırda isə Birləşmiş Ştatların kəşfiyyat rəsmiləri hansısa fikir söyləməkdən çəkinir. Mərkəzi Kəşfiyyat idarəsinin direktoru Con Brennan: “Mən düşünürəm ki, hazırda İŞİD-in mühərrikində ciddi problemlər var, lakin bu onun artıq işləmədiyi demək deyil.”

Qorxu. Bu isə o deməkdir ki, İslam Dövləti nə qədər küncə sıxılacaqsa, bir o qədər qanlı və təhlükəli olacaq.

XS
SM
MD
LG