Accessibility links

Terrora qarşı strategiyalar müasir terrorla ayaqlaşa bilmir [Video]


Anti-terror ekspertlərinin çoxu deyir ki, müasir terrorizm o qədər sürətlə yayılır ki, terrora qarşı strategiyalar onunla ayaqlaşa bilmir. Bəziləri isə yeni terrorçuların daha təhlükəli düşmən olduğunu deyirlər.

2001-ci il sentyabrın 11-i terror hücumlarından sonra Birləşmiş Ştatlar diqqətini belə bir hücumun bir daha həyata keçməməsi yolunda işə yönəltdi. Lakin 14 il sonra Parisdə yeni, daha zəif texnologiyadan istifadə edilən və daha az qurban verən “Charlie Hebdo” hücumu oldu. Bir-iki silahlı şəxs və bir-iki əldəqayırma bomba dünya paytaxtlarından birinin iflic olmasına səbəb oldu. Hücumçülar Parisdə böyüyən İslamçı qardaşlar idi. Onlar nə Əl-Qaidə düşərgəsində təlim almışdılar, nə də radikallaşmışdılar. Hücum yerində hazırlanmışdı.

David Kilçulin beynəlxalq terror üzrə ekspertdir. “Beş il əvvəl kəşfiyyat idarələri arasında debat var idi, görəsən internet vasitəsilə terrora adam cəlb etmək olar, yoxsa yox?”

Xarici döyüşçülərin artması indi normal haldır. Mərkəzi Kəşfiyyat Agentliyinin hesablamalarına görə, 20 minə qədər xarici könüllü cihadçılara qoşulub ki, onlardan 3 mini Avropadandır. RAND Korporasiyasından ekspert Brayan Cenkins prosesin davam etdiyini deyir. “Fransanın baş naziri deyir ki, 2015-ci ilin sonunadək Avropadan Suriya və İraqda gedənlərin sayı 10 minə çatacaq. Evə dönüb cihad törətmək üçün onlar orada təcrübə və əlaqələr əldə edəcəklər.”

Yaxın Şərq regionunda böhranın davam etdiyi bir vaxt, özlərini İslam Dövləti adlandıran qüvvələr əraziləri ələ keçirir və idarə edir. Lakin Brayan Cenkins deyir ki, onların idarəçiliyi uğursuz olavcaq, çünki onlar talançılıqla iqtisadiyyatı dağıdırlar. “Bu əsasən də yeni ərazilərdə özünü göstərir. Boşaldılmış banklar, satılmış tikinti ləvazimatları, satılmış avtomobillər, yük maşınları və generatorlar. Onlar əllərinə gələni satır, ya bütün bunların qarşısı alınmalıdir, ya da bunun sonu yoxdur.”

Mərkəzi Kəşfiyyat İdarəsi və Federal Təhqiqat Bürosunun sabiq rəsmisi Filip Madd deyir ki, qəddar tərəfdaşları olan cihadçı dövlətin qorunub-saxlanması mümkün deyil. “Mənə bununla bağlı nə düşünürəm sualı veriləndə, cavabım budur: kim ideya müharibəsində qalib gəlir? Son 15 il ərzində İslam dünyasında gördüyümüz budur ki, hamı günahsız insanların qətllərinə qarşı çıxır.”

Bu gün bir çox müsəlman alimi deyir ki, keçmişdə xəlifətlər zorakı cihadçılardan deyil, sənətkarlardan, alimlərdən, ixtiraçılardan ibarət idi.

XS
SM
MD
LG