Accessibility links

İslamçı yaraqlılara qoşulmaq istəyən britaniyalı qızların axtarışı davam edir


İslamçı döyüşçülərə qoşulmaq məqsədi ilə Türkiyədən Suriyaya gedən üç britaniyalı məktəbli qızın hər birinin ailə üzvləri övladlarına müraciət edərək onları geri dönməyə çağırır.

Londonun şərqində yerləşən məktəbin şagirdləri olan qızlar heç bir mesaj buraxmadan yoxa çıxıblar. Britaniya rəsmiləri onların Türkiyə hava yollarına məxsus təyyarə ilə İstanbula uçduğunu bildirib.

15 yaşlı Şamima Bequm və Amira Abase və 16 yaşlı Kadiza Sultananın qohumları Britaniya televiziyasında müsahibə verərkən göz yaşlarıı içində qızlara görə qorxduqlarını bildirib.

Türkiyə polisi britaniyalı həmkarları ilə yeniyetmələrinbirgə axtarışına başlayıb. Türkiyə rəsmiləri Britaniyanı qızlar barədə gec məlumatlandırıldıqları üçün tənqid edib.

80-dən çox ölkədən minlərlə insan Suriya və İraqda İslam Dövləti qrupu və digər radikal qruplara qoşulmaq üçün vətənlərini tərk edib. Onların əksəriyyəti oraya Türkiyə vasitəsi ilə keçir.

Türkiyə rəsmiləri yoxa çıxmış qızların tapılması üçün Qərb ölkələrinin kəşfiyyat agentliklərindən onlar haqda daha ətraflı məlumat verilməsini istəyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG