Accessibility links

İraq rəsmilərinin sözlərinə görə İslam Dövləti qrupunun yaraqlıları yüksək rütbəli kürd komandiri və təxminən beş kürd döyüşçüsünü öldürüb.

Briqada generalı Şirko Fatih və beş döyüşçü bu gün Kərkük şəhəri yaxınlığında gedən döyüşlərdə həlak olub.

Fransa mətbuat agentliyi atışma zamanı 46 nəfərin yaralandığını bildirib.

Digər bir hadisədə təhlükəsizlik qüvvələri bu gün Bağdadda iki bomba hücumunun təxminən səkkiz nəfərin ölümünə səbəb olduğunu deyib.

Polis bildirib ki, bombalar Bağdadın mərkəzində, izdihamlı ticarət mərkəzində partladılıb.

Bab Əl-Şarqi adlanan ərazidə ilk partlayışdan bir neçə dəqiqə sonra ikinci avtomobilə yerləşdirilmiş bomba işə düşüb.

Partlayış zamanı 20 nəfər yaralanıb.

İslam Dövləti qrupunun yaraqlıları İraq və Suriyada geniş ərazini ələ keçirərək regionu bütün müsəlmanların itaət edəcəyi xilafət elan edib.

XS
SM
MD
LG