Accessibility links

İslandiya baş naziri Panama dosyesində adı hallandıqdan sonra istefa verib


İslandiyanın baş naziri ofşor zonada korrupsiya ittihamlarına dair açıqlanmış sənədlərlə əlaqədar ölkədə başlayan etiraz aksiyalarından sonra vəzifəsindən istefa verib.

Prezident Olafur Qrimsson ABŞ-a səfərini təxirə salaraq, baş nazirin hökuməti və parlamenti buraxaraq yeni seçkilərə gedilməsi ilə bağlı təklifini rədd edib.

Baş nazir Siqmundur Deyvid Qunnlauksson Panama sənədlərinin açıqlanmasından sonra minlərlə etirazçının istefa çağırışları ilə qarşılaşıb. O və onun xanımı Panamada vergidən hüquq şirkətinin köməyi ilə adada şirkət quraraq, ölkədəki maliyyə böhranı zamanı milyonlarla dollar pulu İslandiyanın bank bondlarında saxlayıb. Baş nazir qeyri-qanuni fəaliyyətə yol vermədiyini və bütün vergiləri ödədiyini iddia edir.​

Panama dosyesi

Panama dosyesi

Minlərlə insan paytaxt Reykyavikdə bazar ertəsi parlament qarşısında nümayiş keçirirərək, Qunnlaukssonun vəzifəsindən getməsini tələb edib.

Qunnlauqssaon Panama sənədlərində maliyyə saxtakarlıqlarına yol verən 140 siyasətçi arasındadır. Onların arasında İslandiya və Pakistanın Baş nazirləri, Ukrayna prezidenti, Azərbaycan prezidentinin ailəsi və Səudiyyə Kralı da var.

Üzə çıxan sənədlər arasında indiki və keçmiş dünya liderlərindən 12 nəfərin də ofşor zonalarda gizli əməlləri haqqında sübutlar var.

Sənədləri Almaniyanın “Süddeutsche Zeitung” qəzeti və başqa 100 media orqanının da təmsil olunduğu Araşdırmaçı Jurnalistlərin Beynəlxalq Konsorsiumu bir il çəkən araşdırma ilə üzə çıxarıb.

XS
SM
MD
LG