Accessibility links

İslandiyanın Avropa İttifaqına indi qoşulması məqsədə uyğundurmu?


2008-ci ildə bankları iflasa uğradıqda İslandiya gələcək təhlükəsizliyi təmin etmək məqsədilə Avropa İttifaqına qoşulmaq üçün müraciət etdi. Maraqlısı bundadır ki, o zamandan bəri avro məkan iqtisadi böhran yaşayır, İslandiyanın iqtisadiyyatı isə əksinə, bərpa olunub.

İslandiyanın indi Avropa İttifaqına qoşulması məqsədə uyğundurmu?
please wait

No media source currently available

0:00 0:03:34 0:00


Dörd il bundan əvvəl islandiyalılar qəzəbli idilər. Bankların rəmzləri küçələrdə yandırılırdı. İnsanlar evlərini, əmanətlərini itirəcəklərindən ehtiyat edirdilər. Ölkə təcrid edilmiş vəziyyətdə idi. 90 il müstəqil idarə olunduqdan sonra İslandiya Avropa İttifaqına daxil olmaq üçün müraciət etdi.

Dörd il sonra İslandiya səmasında günəş qürur saçır. Avropa İttifaqı zülmətə qərq olub və heç də cəlbedici görünmür. Baxmayaraq ki, ittifaqa qəbul olmaq hələ də hökumətin gündəliyindədir, bir çox island bu dəyişikliyi dəstəkləmir.

Qadın 1: “Mən bizim valyutamızı ləğv edilməsini istəmirəm. Bizim valyuta romantikdir. Bizim ölkəmiz çox kiçikdir.”

Qadın 1: “Biz balaca ölkəyik. Mən istərdim ki, biz öz İslandiya kronasını işlədək nəin ki, səfeh avronu.”

Kişi: “Düşünürəm ki, avro bizə daha səmərəlidir. Ona görə ki, bizim valyutanın vəziyyəti o qədərdə yaxşı deyil.”

İslandiya iqtisadiyyatı inkişafa meyilli görünür.

İslandiyanın ən böyük şəhəri, Reykyavikdən bir saatlıq məsafədə yüksəklikdə yerləşən qeyzer bölgəyə saysız-hesabsız turistlər cəlb edən yerlərdən biridir. İslandiya valyutası indi dörd il bundan əvvəlkinin tam yarısı dəyərindədir. Turist attraksionları indi əvvəlkindən daha əlverişli qiymətədir.

İslandiya
İslandiya


Balıqçılıq da inkişaf edir. Balıq çoxdur və qayıq sahibləri ovladıqları balıqları İslandiyanın indi daha ucuz valyutasına satmaqdan mənfəətlənir. Hal hazırda İslandiya sularından ovlanmış bütün balıqlardan İslandiya qayıqları mənfəətlənir. Avropa İttifaqına birləşmək ideyasının əleyhinə olan kampaniya iştirakçısı, Hallur Hallson bunun İslandiya icmaya qoşulacağı təqdirdə dəyişəcəyini deyir.

Hallur Hallson: “Balıqçılıq İslandiya ictimayyətində ən mühüm sənayedir. Avropa İttifaqında isə balıqçılıq sənayesi ümumi məhsuldan gəlirin 1,2,3 faizini təşkil edir. Lakin İslandiyada balıqçılıqdan gələn gəlir başqa sənayelərdən gələn gəlirləri ötüb keçir.”

2008-ci ildə İslandiya kreditləri geri ala bilməyən banklarının iflasa uğramasına imkan verdi. Bu o deməkdir ki, hökumətin təqaüdləri, işsizlik müavinətini artırmaq və ev kreditlərinin faizini azaltmaqla təşviş içində olan ictimayyətə yardım etmək üçün maliyə imkanı var idi. Londonda fəaliyyət göstərən island biznesmen, Sveinn Valfells böhranla mübarizə aparan başqa Avropa ölkələrinin İslandiyanın banklarındakı problemləri aradan qaldırma üsullarından bəhrələnə biləcəklərini deyir.
Sveinn Valfells: “Əsas dərs bundan ibarətdir – Qoy onlar iflasa uğrasınlar. Amma idarəediləbiləcək yolla. Hökumətin pulu təhsil və səhiyyə kimi sadə xidmət növlərinin müdafiəsinə xərcləməlidir nəin ki, bankların xilasına.”

İndi bir çox island Avropa İttifaqına və avro məkana təhlükə kimi baxır.
XS
SM
MD
LG