Accessibility links

Bazar günü İslandiyada keçirilən seçkidə heç bir partiya növbəti höküməti qurmaq üçün parlamentdə lazım olan əksəriyyəti qazanmadığına görə baş nazir istefa verib.

Seçki nəticələri göstərir ki, İslandiyanın parlamenti sağ və sol partiyaları arasında bölünəcək.

2013-cü ildən bəri koalisiya hökümətini idarə edən Müstəqillik və Mütərəqqi partiyaları birlikdə 63-üvlük parlamentdə 29 yeri qazanıblar.

Dörd il öncə yaranan radikal Piratlar Partiyası böyük qələbələr əldə etsə də, rəy sorğularındakı gözləntiləri doğrultmayıb. Birbaşa demokratiya və rəqəmsal azadlıq tərəfdarı anti-avtoritar Piratlar Partiyası 10 yer qazanıb və digər üç mərkəz-solçu müttəfiqləri ilə birlikdə parlamentdəki 27 yerə sahib olacaq.

Reuters xəbər agentliyinin partiyasını qalib hesab edib-etməməsi ilə bağlı sualına Müstəqillik partiyasının lideri və hazırkı maliyyə naziri Bcarni Beneditsson üç partiyadan ibarət koalisiyanın yaranmasına üstünlük verdiyini deyib, lakin partiyaların adını açıqlamayıb.

Seçkidəki əsas gündəm turizmin artması ilə bərpa edilən iqtisadiyyat və bəzi hökümət rəsmilərinin “ofşor vergi cənnəti” qalmaqalında adlarının çəkilməsindən sonra seçicilərin siyasi islahat tələbi olub.

Seçkidəki əsas gündəm turizmin artması ilə bərpa edilən iqtisadiyyat və bəzi hökümət rəsmilərinin “ofşor vergi cənnəti” qalmaqalında adlarının çəkilməsindən sonra seçicilərin siyasi islahat tələbi olub.

Mərkəzçi Mütərəqqi Partiyaya mənsub baş nazir Siqurdur İngi Yohansson Konstitusiyaya uyğun olaraq prezidentə istefasını təqdim edəcəyini, lakin tələb olunsa, yeni hökümət qurulanadək vəzifəsini icra etməyə davam edə biləcəyini deyib.

XS
SM
MD
LG