Accessibility links

Hüquqşunas İsmail Şaxtaxtınski Obama administrasiyasının mühacirətlə bağlı çıxaracağı təlimatlara aydınlıq gətirib


İsmail Shakhtaktinski
İsmail Shakhtaktinski
Vaşınqton şəhərində fəaliyyət göstərən hüquqşunas İsmail Şaxtaxtınski bu yaxınlarda Obama administrasiyasının mühacirətlə bağlı çıxaracağı təlimatlarını işıqlandırıb.

İsmail Shaxtaxtınski ilə müsahibə
please wait

No media source currently available

0:00 0:08:03 0:00
Direct link


Bəxtiyar Zamanov: Avqust ayının ortalarında Birləşmiş Ştatlarda mühacirətlə bağlı Amerika prezidentinin elan etdiyi yeni qaydalara dair təlimatlar çıxacaq. Bu təlimatlar nədən ibarətdir və bu qaydalar kimlərə şamil oluna bilər?
İsmail Şaxtaxtınski: Avqustun 14-də çıxacaq təlimatlar bu yaxınlarda Obama administrasiyasının elan etdiyi qaydalar haqdadır. Administrasiya mühacirət üçün müraciət edənlərə altı tələb təqdim edir. Bu tələblər gələcəkdə dəyişə bilər, əlavələr edilə bilər və ya qanunvericilikdən çıxarıla bilər. Hal-hazırkı altı tələb bunlardır.
  1. Mühacirət üçün müraciət edən şəxs 16 yaşı tamam olanadək Birləşmiş Ştatlara daxil olmalıdır.
  2. Müracirət edən şəxsin yaşı 31-dən az olmalıdır.
  3. Müraciət edən şəxs ən azı 2012-ci il, iyun ayının 15-inədək beş il müddətində Amerikada yaşamalıdır.
  4. Müraciət edən şəxs Birləşmiş Ştatlarda hal-hazırda və ya nə zamansa məktəbdə təhsil almış və ya Amerika ordusunda hərbi xidmət göstərmiş olmalıdır.
  5. Ağır cinayət törətmiş şəxs mühacirətə müraciyət edə bilməz. Ağır cinayətlərə adam öldürmək, oğurluq və s. daxildir. Lakin ağır hesab edilməyən cinayətlər belə təkrarən törədildikdə artıq ağır cinayət hesab edilə bilir. Nəzərinizə mühüm bir məqamı çatdırmaq istəyirəm. Məsələn, bir və ya iki dəfə içkili vəziyyətdə avtomabil idarə etməkdə ittiham edilən şəxs, üçüncü dəfə eyni cinayətdə ittiham edilərsə, yüngül olmasına baxmayaraq üçüncü dəfə təkrarlanmış cinayət artıq ağır cinayət hesab edilə bilir.
  6. Mühacirət üçün müraciət edən şəxs Amerikanın milli təhlükəsizliyinə hədə törətməməlidir.

Sual: Bu qaydaların DREAM aktı adlı qanunvericiliklə nə əlaqəsi var?

Cavab: Yeni qaydalar DREAM aktının müvəqqəti formasıdır. DREAM aktı qanunvericilikdir. ABŞ prezidenti tərəfindən çıxarılanlarsa qaydalardır. Qanunu yalnız Konqres qəbul edə bilər. Lakin bu qaydaları Prezident Administrasiyası özü qəbul edə bilər. Unutmaq lazım deyil ki, bu müvəqqəti qaydalardı və bu qaydalar mühacirət üçün müraciət edənlərə daimi sakin və ya vətəndaşlıq statusu vermir. Bu qaydalar sadəcə olaraq mühacirlərin ölkədən departasiya edilməməsinə və ölkədə işləmək üçün icazə veirir. DREAM aktı isə onlara daimi yaşayış üçün imkan verir. Obama administrasiyasının çıxardığı yeni qaydalar DREAM aktı təsdiqlənənə dək mühacirlərə ölkədə qalmağa imkan verəcək.

Sual: Sizcə mühacirlər qanundan yararlana bilib bilmədiklərini öyrənmək üçün əvvəlcədən, yəni indidən hüquqşünaslara müraciət etmələidirlər, ya bunun üçün hələ tezdir?

Cavab: Əlbəttə bu qaydalarla mümkün qədər əvvəldən yaxından tanış olmaq mühümdür. Bəzi məsələlər vaxt alır. Problemlərdən biri sərhədi qanunsuz yolla keçərək Amerikaya daxil olan insanların nə zaman ölkəyə daxil olduğunu sübut etməkdir. Bu halda mühacir sərhədi keçdiyi vaxt barədə və ya Amerikada uşaq ikən təhsil aldığı barədə kifayət qədər dəlil-sübut təqdim etməli, şahidlər tapmalıdır. Bu sənədlərin toplanılması isə vaxt alır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG