Accessibility links

İsmayıl Bərzgəri təkadamlıq kameraya köçürülüb


İnsan haqları qrupları bir aydan artıqdır Tehranın Evin zindanında aclıq aksiyasi keçirən güneyli musiqiçi İsmayıl Bərzgərinin təkadamlıq kameraya köçürüldüyünü bildirir.

İranda insan haqları pozuntuları ilə bağlı xəbər yayan HRA agentliyinə istinadən, zindan məsulları İsmayıl Bərzgərinin xəstəxanaya aparılmasına çağırıb, ancaq onu Ettelaatın nəzarətində olan 240-cı bölmənin təkadamlıq kamerasına köçürüblər.

İsmail Bərzigəri və digər təbrizli sənətçi Rəsul Heydərzadə 2011-ci ilin iyununda Ettelaat məmurları tərəfindən tutulana qədər Azərbaycan Respublikası və İranda musiqi fəaliyyətləri ilə məşğul olublar. İran İnqilab Məhkəməsi iki azərbaycanlı musiqiçini casusluqda günahlandıraraq onları yeddi il müddətinə həbsə məhkum edib.

Tanınmış jurnalist Səid Mətinpur noyabrın 11-də nəşr etdiyi açıq məktubda İsmayıl Bərzgərinin həyatının təhlükədə olduğunu qeyd edərək, güneyli mədəni fəalları onu müdafiə etməyə çağırıb. Evin zindanında saxlanılan 46 siyasi məhbus da həmçinin birgə məktbub yayaraq, təbrizli musiqiçinin sağlıq durumu ilə bağlı narahat olduqlarını bildiriblər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG