Accessibility links

İsmayıl Cəmili: İran hökuməti ana dilində təhsilə təhlükəsizlik məsələsi kimi baxır


Sentyabr ayında dünya ölkələrində yeni tədris ili başlayıb. Prezident Həsən Ruhaninin İran Azərbaycanında ana dilində təhsilə imkan veriləcəyi bağlı vədlərinə baxmayaraq, bu, hələ də əlçatmaz arzu olaraq qalır. Kaliforniyada yaşayan güneyli fəal İsmayıl Cəmili İran Azərbaycanında azərbaycanlıların ana dilində təhsil hüququ məsələsini Amerikanın Səsinin “Amerika icmalı” proqramında müzakirə edib.

İsmayıl Cəmili İran Azərbaycanında ana dilində təhsillə bağlı verilən vədlərin sadəcə sözdə olduğunu deyir. Onun bildirdyinə görə, prezident Həsən Ruhaninin də azərbaycanlıların təhsil hüquqlarının təmin edilməsinə dair vədi də sözdə qalır və ona əməl olunmur.

İsmayıl Cəmili İran Azərbaycanında məktəbə getdiyi ilk günləri xatirlayaraq uşaqların evdə illərlə ana dilində danışmasından sonra məktəbdə fars dilini öyrənməkdə çətinlik çəkdiyini deyib. “Məktəbdə təhsil almaq əvəzinə, uşaqlar yeni dil öyrənməyə başlayır”-deyə İsmayıl Cəmili bildirib. O deyir ki, uşaqlar otra məktəbdə fars dilini yaxşı öyrənə bilmədikləri üçün təhsili davam etdirmək, ali təhsil almaq imkanından məhrum edilmiş olur.

İsmayıl Cəmilinin sözlərinə görə, İran hökuməti Azərbaycan türklərinin İran Azərbaycanında ana dilində təhsil ala bilməsi məsələsinə təhlükəsizlik məsələsi kimi baxır. “Mərhum Cavad Heyətin mərasimində gördük ki, doktor Cavad Heyətin ana dilində təhsili müdafiə etməsi, dilin inkişaf etdirilməsi, onun unudulmaması üçün fəaliyyət göstərməsinə görə onun vəsiyyət etdiyi kimi Təbrizdə dəfn edilməsinə icazənin verilmədi. Çünki buna əmniyyət məsələsi kimi baxırlar. Amma bu, əmniyyət məsələsi deyil, bu, insan hüquqları məsələsidir və hər bir insana, dünya coğrafiyasında olan ölkələrdə yaşayan insanlara öz ana dilində təhsil almaq imkanı verilməlidir”-deyə İsmayıl Cəmili bildirib.

XS
SM
MD
LG