Accessibility links

İsmayıl Şaxtaxtinski: Green Card lotereyası hər kəsə azad ölkədə yaşamaq şansı verir [Audio]


Müsahibim Vaşınqton şəhərində fəaliyyət göstərən hüquq şirkətinin təsisçisi, hüquqşünas İsmayıl Şaxtaxtınskidir.

Hüquqşünas İsmayıl Şaxtaxtınski ilə müsahibə
please wait

No media source currently available

0:00 0:07:25 0:00
Direct link

Sual: Birləşmiş Ştatlarda mühacirət sahəsində islahatlar nələrdən ibarətdir?

İsmayıl Şaxtaxtınski: "İslahatlar hələ həyata keçməyib. Lakin təklif olunan islahatlar mühacirət qanunlarını ideallaşdırma cəhdidir. Qanunda bir çox çatışmazlıqlar var ki, bunları qarşılamaq üçün əlavələr edilməlidir. Təsdiqlənərsə, dəyişikliklərə ailə üzvlərinin Birləşmiş Ştatlara dəvət olunması, Amerika şirkətlərinin xarici vətəndaşları ABŞ-da işlə təmin etməsi, yüksək ixtisaslı namizədlərə Amerika şirkətləri tərəfindən sponsorluq edilməsi proseslərini daha asanlaşdırmaq, məntiqə uyğun etmək daxildir.
Respublikaçıların bəziləri qanunsuz mühacirlərin vətəndaşlıq almasının əleyhinədir və Nümayəndələr Palatasında Respublikaçıların çoxluq təşkil etməsinə görə düşünürəm bu proses uzun zaman alacaq və hətta bəlkə islahatlar alınmadı.


Məsələn: H1 viza növü xarici vətəndaşların Amerikada işlə təmin olunmasına icazə verir. Amma bu viza növünə məhdudiyyət qoyulub. İl ərzində yalnız 65 min xarici vətəndaş H1 vizası ala bilər və bu növ viza üçün müraciət edənlərin sayı bundan olduqca çoxdur. Və islahatlara daha yüksək ixtisaslı vətəndaşlar üçün bu viza növünün verilməsini asanlaşdırmaq və H1 vizasının sayını artırmaq daxildir."

Sual: "İslahatların Konqres tərəfindən təsdiqlənməsinin gecikməsinin səbəbi nədir?"

Cavab: "Səbəb, siyasi partiyalar arasında dəqiq razılaşma olmamasındadır. İslahatların bir hissəsi Birləşmiş Ştatlarda 11 milyondan çox qeyri qanuni mühacirin sənədləşdirilməsi və Amerika vətəndaşlığı alması prosesidir. Respublikaçıların isə bu məsələyə mövqeləri, seçicilərinin mühafizəkar olmalarına görə bir qədər başqadır. Respublikaçıların bəziləri qanunsuz mühacirlərin vətəndaşlıq almasının əleyhinədir və Nümayəndələr Palatasında Respublikaçıların çoxluq təşkil etməsinə görə düşünürəm bu proses uzun zaman alacaq və hətta bəlkə islahatlar alınmadı."

Sual: "Tsarnayev qardaşları terror hücumunda şübhəli bilindikdən sonra keçmiş Sovet İttifaqının vətəndaşları üçün Birşəmiş Ştatlarda siyasi sığınacaq alma prosesində yeni hansısa məhdudiyyətlər tətbiq edilə bilər?"

Cavab: "Məhdudiyyətlər bu və ya digər səbəblər üzündən olur. Amma qanun formasında yox əsasən qanunun tətbiqi formasında. Hər dəfə buna bənzər hadisə baş verəndə əlavələr və ya dəyişikliklər edilir. Amma gözlənilən islahatlara bununla əlaqədar məncə dəyişiklik etmə nəzərdə tutlmayıb."

Sual: " İslahatların Amerikaya mühacirət etmək istəyənlərin seçimlərinə mənfi təsiri olacaqmı?"

Cavab: "Bəli, mənfi təsirlər ola bilər. Məsələn, Green Card lotereyasının ləğv edilməsi sual altındadır. Bildiyiniz kimi Green Card lotereyasına sosial durumundan asılı olmayaraq hər kəsə müraciət edə bilər və nəticədə həmin şəxs Amerikada daimi yaşayış icazəsi əldə edə bilər.

Green Card lotereyası azad ölkədə hər bir kəsin məskunlaşa biləcəyinin nümunəsi idi. Amma indi belə çıxır ki, bu şans hər bir adama verilmir. Mən Mühacirət Vəkilləri Kolleqiyasının üzvüyəm və mənim üzv olduğum kolleqiya bu dəyişikliyin əleyhinədir. Biz düşünürük ki, Green Card lotereyasının ləğvi Amerikanın dünyada imicini zəiflədə bilər."
XS
SM
MD
LG