Accessibility links

İspaniyada tibb bacısının ebolaya necə yoluxduğu araşdırılır


İspaniya rəsmiləri Madriddə tibb bacısının ebola virusuna necə yoluxduğunu araşdırırlar. O, Qərbi Afrika xaricində virusa yoluxan ilk insandır.

Səhiyyə rəsmiləri bildirir ki, tibb bacısı keçən ay Liberya və Syerra Leonidən qayıtdıqdan sonra ölən iki keşişin müalicəsinə kömək edib. Ancaq onlar keşişlərin müalicəsində lazım olan bütün təhlükəsizlik tədbirlərinin görülmüş olduğunu deyib.

Tibb bacısı qızdırması olduğu üçün bazar günü xəstəxanaya aparılıb. Onun vəziyyətinin sabit olduğu deyilir. Səhiyyə rəsmiləri onun həyat yoldaşının, keşişlərin müalicəsində iştirak edən digər tibb işçilərinin və bu yaxınlarda Nigeriyadan İspaniyaya gələn bir nəfərin karantinə alındığını bildirir.

Rəsmilər ebola simptomlarına görə həmin tibb bacısı ilə ünsiyyətdə olan digər 30 nəfərə nəzarət edildiyini deyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG