Accessibility links

İspaniya və Kipr xilas planı üçün müraciət ediblər


Avro məkana daxil olan ən böyük və ən kiçik iqtisadiyyata malik İspaniya və Kipr maliyə böhranı yaşayan banklarını xilas etmək üçün Avropa İttifaqına müraciət ediblər.

İspaniya bankları ev kreditlərindəki problemləri aradan qaldırmaq üçün 125 milyard dollara qədər pul istəyib. İspaniya rəsmiləri kreditlərin İspan hökuməti və ya sadəcə banklar tərəfindən ödəniləcəyi də daxil olmaqla xilas planının detallarının sonra müəyyən ediləcəyini deyib.

Dünən axşam Moody`s reytinq agentliyi 28 İspaniya bankının kredit reytinqlərini endirib. Bu arada Kipr valyuta blokuna daxil olan başqa ölkələrdən maliyə yardımı alan beşinci ölkə olub.
XS
SM
MD
LG