Accessibility links

Avropa İttifaqının maliyə nazirləri qitənin maliyə böhranı ilə apardığı mübarizənin başlıca elementi kimi avrozona banklarına vahid nəzarət sisteminin tətbiq edilməsinə dair razılığa gəlib.

Bugünkü razılıq Avropa Mərkəzi Bankına avro valyutasının işləndiyi 17 ölkənin bankları və Avropa İttifaqına daxil olan başqa ölkələrin maliyyə təsisatlarına nəzarət etmək səlahiyyəti verir. Fransanın maliyə naziri Pyer Moskovisi əldə olunmuş razılığı yüksək qymətləndirərək, bunun avrozonda etimadın artmasına kömək edəcəyini bildirib.

Avropa İttifaqı bankların mərkəzləşdirilməsinə dair razılığı iyun ayında keçirilən zirvə görüşündə əldə edib və ilin sonunadək razılıqla bağlı planı hazırlamağı vəd edib. Planın gələn ilin mart ayında qüvvəyə minəcəyi və 2014-cü ilin əvvəlində tam tətbiq ediləcəyi gözlənilir.
XS
SM
MD
LG