Accessibility links

İspaniyada korrupsiyaya qarşı etirazlar baş qaldırıb


Spain Financial Crisis

Spain Financial Crisis

İspaniyada polis ilə korrupsiyaya qarşı etiraz edən nümayişçilər arasında qarşıdurma baş verib. Etirazçılar baş nazir Mariano Racoyun istefasını tələb edir.

Madriddə hakim Poplar partiyasının baş qərargahına doğru irəliləyən nümayişçilər polis ilə üzləşib və qarşıdurma yaranıb.

Bir neçə nümayişçi yaralanıb. Həbs edilənlər var.

Nümayişçilər cənab Racoyu partiyası iki il əvvəl qələbə qazanmamışdan əvvəl çirkli yollardan pul almaqda ittiham edir.

Cənab Racoy ittihamları rədd edərək, müxalifətin onun parlament qarşısında açıqlama verməsi tələbini qəbul etməyib.
XS
SM
MD
LG