Accessibility links

İspaniyada qəzaya uğramış qatarın maşinisti həbs edilib



İspaniya polisi bu həftə relsdən çıxaraq qəzaya uğramış qatarın maşinisti Fransisko Xose Qarzon Amonu həbs edib.

Daxili işlər naziri Jorge Fernandes Diaz qatarın maşinistinin 78 insanın ölümülə nəticələnmiş qəzaya görə məsuliyyət daşıdığını deməyə kifayət qədər əsasın olduğunu bildirib. Bununla belə o əlavə edib ki, bunu hakim müəyyən edəcək.

Qarzonun idarə etdiyi qatarın saatda 80 kilometr məhdiyyət olduğu halda, çərşənbə günü Santyaqo de Kompostela ərazisində relsdən çıxan zaman 190 kilometr sürətlə keçdiyi təxmin edilir.

İspaniya polisi 52 yaşlı maşinistin sürəti artırdığından şübhəlinildiyini bildirib. Qarzon qəzadan sonra xəstəxanaya aparılıb və oradan çıxdıqdan sonra polis tərəfindən saxlanıb.
XS
SM
MD
LG