Accessibility links

Yunanıstanın döyüş təyyarəsi İspaniyada NATO təlim missiyası zamanı qəzaya uğrayıb. Hadisə zamanı 10 nəfər xəsarət alıb.

Rəsmilər deyib ki, Greek F-16 təyyarəsi Madriddə Los Llanos NATO bazasından qalxan zaman elektrik sistemi sıradan çıxıb və təyyarə yerdə olan digər təyyarələrə çırpılıb.

İspaniya baş naziri Mariano Racoy İspan televiziyasına hadisə qurbanları arasında səkkiz fransalı və iki yunanın olduğunu deyib. O eyni zamanda fransız və italiyalılar da daxil olmaqla əlavə 21 NATO personalının yaralandığını bildirib.

NATO baş katibi Cens Stoltenberq qurbanların ailə üzvlərinə başsağlığı verib və hadisənin bütün NATO ailəsinə təsir etdiyini deyib.

XS
SM
MD
LG