Accessibility links

İspaniyanın müvəqqəti baş naziri Mariano Rajoy deyib ki, üzvü olduğu Xalq Partiyası bazar günü keçirilən növbədənkənar parlament seçkilərində səslərin çoxunu topladığına görə partiya hakimiyyətə gəlmək hüququ əldə edib.

İspaniyada dekabr seçkiləri qənaətbəxş hesab edilmədiyinə görə seçkilər təkrar keçirilib.

“Nəticə mənim xoşuma gəldi. Mən Xalq Partiyasının daha çox yerə sahib olmasını istəyirdim. Amma düşünürəm ki, biz hökuməti təşkil edə biləcəyik. Biz yeni seçkilərə gedə bilmərik. Bu, ölkə üçün pis nəticə verə bilər” deyə Manuel Qomez adlı sakin bildirib.

Rajoyun qalib gəldiyini iddia etməsinə baxmayaraq o, ötən seçkilərdən sonrakı ilə eyni vəziyyətdədir.

Onun partiyası yeni hökumətin tərkib hissəsini müəyyən etmək üçün danışıqlar masasına qayıtmalıdır. Analitiklər bunun çətinliklər törədə biləcəyini ehtimal edir.

XS
SM
MD
LG